Nazirliyin yaranma gününə həsr olunmuş tədbir

İsmayıllıda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaranması gününə həsr olunmuş tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər gül dəstələri qoyublar.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar üzrə Rayon Komissiyasının sədri Rövşən Ağayev əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib. RİH başçısının müavini Sevil Əhmədova da çıxışı ilə təbrikə qoşulub.
Yanğından Mühafizə hissəsinin rəisi İlkin Cəfərov FHN-nin keçdiyi inkişaf yolundan danışıb, təşkilatçılara təşəkkürünü bildirib, mühafizə hisəsinin əməkdaşlarını təbrik edib.

İsmayıllı xəbərləri”

 

Şərh Yaz