“Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilib

İsmayıllı rayon T.Xanadanov adına Qalacıq kəndi tam orta məktəbində, Qalacıq Məktəbi, Prezident Yanında Bilik Fondu və İsmayıllı Regional Bilik Evinin birgə təşəbbüsü ilə “Gənc ekoloqların təmiz kəndi” layihəsinin təqdimat mərasimi keçirilib. “Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilib
Tədbirdə T.B.Xanadanov adına Qalacıq kənd tam orta məktəbinin 50-dən artıq şagirdi iştirak edib. Təqdimat zamanı layihənin məqsədi və layihə çərçivəsində görüləcək işlər barədə tədbir iştirakçılarına məlumat verilib. Bildirilib ki, layihənin məqsədi ekoloji proseslərin həlli istiqamətində vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstək olmaq, bəzi neqativ tendensiyaların aradan qaldırılmasına təsir göstərmək, gənclərin ekoloji mövzuda biliklərinin artırılması və təbiətə qarşı daha həssas yanaşmasına nail olmaqdır.“Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilib
Layihə çərçivəsində məktəbin nəzdində yaradılmış Gənc ekoloqlar könüllü komandası ekoloji maarifləndirmə işləri və ekoloji aksiyalar həyata keçirəcəkdir. Qeyd olunub ki, layihə ətraf mühitə müasir baxış, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun qanunverici bazası, ekoloji sivilizasiya, insan hüquqları kontekstində beynəlxalq ekoloji standartların təhlili, canlı aləmin mühafizəsində məktəblilərin hüquqi məsuliyyəti kimi məsələləri əhatə edir. “Gənc ekoloqların təmiz kəndi” layihəsinə start verilib
Təqdimat mərasimində məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gənc Ekoloqlar” könüllü komandası təsis edilib, ekoloji sosial maarifləndirici videoçarx və slayd nümayiş etdirilib. Ekoloji mövzuda müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz