Dövlət Bayrağının 100 illiyi qeyd olunub

Ölkənin hər yerində olduğu kimi İsmayıllı Rayon T.B.Xanadanov adına Qalacıq kənd tam orta məktəbində də 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilib.Dövlət Bayrağının 100 illiyi qeyd olunubTədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Üçrəngli dövlət bayrağımız təntənəli musiqi sədaları altında səhnəyə gətirilib.
Tədbiri məktəbin direktoru Rusan Qasımov açaraq dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının – Azərbaycan bayrağının təntənəli qaldırılmasını vurğulayıb. Dövlət Bayrağının 100 illiyi qeyd olunubQeyd edib ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunub və 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə Naxçıvan Muxtar Respublikasında üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur” sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulayaraq, məktəblilərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıblar.Dövlət Bayrağının 100 illiyi qeyd olunub
Məktəbin şagirdləri Vətən, bayraq, azadlıq, müstəqillik haqqında şeirlər söyləmiş, ədəbi bədii kompozisiya nümayiş etdirib, milli rəqslərimizdən nümunələr təqdim ediblər.
Elnarə Günəş,
AJB-nin üzvü

Şərh Yaz