Bələdiyyələrdə “Yerli Demokratiya Həftəsi” keçirilib

Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında 15-21 oktyabr 2018-ci il tarixlərdə İsmayıllı rayon bələdiyyələrində “Yerli Demokratiya Həftəsi” keçirilib.
“Yerli Demokratiya Həftəsi” təşkili və keçirilməsi Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyalarının tövsiyəsinə uyğun icra olunub.
Yerli Demokratiya Həftəsinin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması, qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsi, yerli səviyyədə qərarların qəbul edilməsində gənc vətəndaşların iştirakının və fəaliyyətinin artırılması, öz icmalarında iştirak mexanizmlərini tətbiq etməklə daha çox tərəfdaşları həvəsləndirmək olub.
“Yerli Demokratiya Həftəsi” çərçivəsində rayonun bütün bələdiyyələri tərəfindən tədbirlər planı uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilib.
“Yerli Demokratiya Həftəsi” çərçivəsində rayonumuzun İsmayıllı, İvanovka, Hacıhətəmli, Qalacıq, Qubaxəlilli, Diyallı və Cülyan bələdiyyələri daha maraqlı tədbirlər təşkil etməklə, ağsaqqalların və gənclərin iştirakı ilə maarifləndirici toplantılar keçirliib. Tədbirlərdə sosial sifarişlər öyrənilərək həlli istiqamətləri müəyyənləşdirilib və digər məsələlər həll edilib.
Ehtiram Manafov

Şərh Yaz