İsmayıllı tvinnerləri Türkiyədə

2018-ci il təhsildə keyfiyyət ilidir. Hazırda tədrisdə keyfiyyət məsələsi hər zaman olduğundan daha çox gündəmdədir. Г‡ünki yeni təhsil islahatları müəllimlər qarşısında təhsilin daha da inkişaf etdirilməsini ümdə məqsəd kimi qoymuşdur. Bu səbəbdən, müəllim olaraq şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşmasına nail olmaq üçün daima var qüvvəmizlə çalışmalıyıq. Təsadüfi deyilməyib ki, təhsili güclü olan ölkə hər zaman öndədir. İsmayıllı tvinnerləri Türkiyədə
İsmayıllı tvinnerləri Türkiyədə
İsmayıllı tvinnerləri Türkiyədə
İsmayıllı tvinnerləri Türkiyədə
İsmayıllı tvinnerləri Türkiyədə   Təhsilimizə töhfələr vermək üçün var qüvvəmlə çalışıram. Şagirdlərə gündəlik keçdiyim dərslə kifayətlənmirəm. Onlarla müxtəlif səpkili, dünyəvi layihələrdə iştirak edirəm. Öncə şagirdlərimlə IEARN layihələrində iştirak edirdim və bu gün də bu layihələrimi davam etdirirəm. Həm də bu təşkilatla bağlı “Yerli tariximiz” layihəsinin təlimçisiyəm.
2013-cü ildən, Azərbaycan e-Twinning layihələrinə qoşulduqdan sonra şagirdlərimlə bu layihəyə böyük məmnuniyyətlə mən də qoşuldum. Bu gün iştirak etdiyimiz layihələrin hamısı yerli, 6 layihəmiz isə Avropa keyfiyyət nişanına layiq görülüb. e-Twinning layihəsi xətti ilə 2014-cü ildə İtaliyada təşkilatın illik konfransında iştirak etdim və təcrübəmi dünya müəllimləri ilə bölüşdüm. Onu da qeyd etmək istərdim ki, bu gün bu təşkilatın xətti ilə bir çox layihənin təlimçisiyəm.
Qeyd etməliyəm ki, çalışdığım İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin müəllimləri də bu layihəyə böyük həvəslə qoşuldular. Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən e-Twinning layihələrində məktəbimizin 60 faizdən çox müəllimi iştirak edir. Bu layihələrin bir qismi yerli, çoxu isə Avropa keyfiyyət nişanına layiq görülüb. Şagirdlərimiz bu layihələrdə iştirak etməklə dünya şagirdləri ilə layihələr çərçivəsində müxtəlif səpkili müzakirələr aparırlar. Həm də bu layihələr ingilis dilində aparılır və bu da şagirdlərin öyrəndikləri dilin möhkəmləndirməsinə nail olmalarına yardımçı olur.
Onu da qeyd etməliyəm ki, bu təşkilatın xətti ilə müəllimlərimizdən mən – Şükufə Nəcəfova və Surə Mehdiyeva Gürcüstanda keçirilən konfransda iştirak etdik. Dünyanın bir çox ölkələrindən və müxtəlif təşkilatlardan nümayəndələr bu konfransda iştirak edirdilər. Biz öz təcrübəmizi konfrans nümayəndələri ilə bölüşdük. Bu günlərdə isə müəllimlərimiz – Bahar Abdullayeva və Leyla Əliyeva Türkiyədə bu təşkilatın xətti ilə konfransda iştirak edəcəklər.
Gərgin əməyin nəticəsidir ki, bu il məktəbimiz e-Twinning məktəbi mükafatına layiq görülüb.
Hər il olduğu kimi bu il də şagirdlərimlə bir çox e-Tvinning layihələrində iştirak etmişəm. Bu layihələrdən biri də “Tvinnerlər yollarda” layihəsidir. Bu layihədə məktəbimizin bir neçə müəllimi şagirdləri ilə birlikdə iştirak edir.
Məktəbimizin 3 müəllimi – Şükufə Nəcəfova, Bahar Abdullayeva və Həcər Abdurzaqova “Tvinnerlər yollarda” layihəsi çərçivəsində Türkiyədə düzənlənən elmi-praktik simpoziuma dəvət almışdıq. 4-9 aprel tarixlərində Türkiyədə “Qardaş ölkələr – Türkiyə və Azərbaycanın mədəni irsinin və tarixinin öyrənilməsi” mövzusunda elmi-praktik simpoziumda iştirak etdik.
Hava limanında bizi Alemdağ əmlak konut ilkokulunun müdiri Tufan Arica qarşıladı.
Bu layihə hərəkətli bir layihədir. Layihənin məqsədi ölkələrin tarixi, mədəniyyəti və adət ənənələrini öyrənmək və iştirakçılarla paylaşmaqdır. Biz öncə İstanbulun tarixi yerlərindən “Yerəbatan sarnıcı”nda, “Sultanəhməd camisində”, “Topkapı”da, “Qız qalası”nda olduq.
Növbəti gün Alemdağ emlak konut orta okulunda olduq.
Məktəbin müdiri Gökhan Atar bizə məktəblə bağlı məlumatları çatdırdı və dərslərdə olduq.
Biz həmçinin məktəbdə inkluziv təhsil bölümündə və kiçik yaşlı şagirdlərin məktəbəqədər hazırlıq bölümündə də olduq.
Sonrakı görüşümüz, yəni layihəmizin 4-cü mərhələsi İsgəndərunda oldu. Bizi layihə əməkdaşlarımızdan Sevgi xanım qarşıladı. Günün sonu olduğundan şəhərlə az da olsa tanış olduq.
Layihəmizin ölkələrarası görüşü səhər yeməyi ilə başladı.
Sonra tvinnerlər olaraq Şirinyurt ilk okulunda olduq. Şagirdlərlə və məktəb rəhbəri ilə görüşdük.
İskenderun Dəniz Muzeyinin qarşısında bayraq dəyişmə mərasimindən sonra muzeylə tanış olduq.
Şagirdlər muzeylə bağlı təqdimatlar etdilər. Sonra Sokullu Mehmet Paşa Külliyesi, II Selim Cami, Payas qalasında olduq. Son olaraq Şirinyurt ilk okulunu gəzdik. Məktəblə yaxından tanış olduq.
Görüş zamanı şagirdlərimin yazmış olduğu məktubları Dənizli məktəblilərinin müəllimi Sabriyyə xanıma təqdim etdim və öz növbəsində o da şagirdlərinin məktublarını mənə təqdim etdi.
Şagirdlərimiz dostlarının məktublarını böyük səbirsizliklə gözləyirdilər. Şagirdlərimiz dostlarının məktublarını oxuyarkən çox sevindilər. Azərbaycan-Türkiyə qardaşlığını alqışladılar.
Layihənin 5-ci mərhələsi Bodrum və Dənizlidə olacaq. Gerçəkləşəcək bu görüşdə biz də onlayn iştirak edəcək və skayp görüşümüz olacaq.
Layihənin 6-cı mərhələsi iyunda Azərbaycanda – İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində olacaq.
Şükufə Nəcəfova,
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz