Müəllimlər intellektual yarışda

Təhsil işçilərinin və gənclərin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə rayonun ümumi təhsil müəssisələrinin müəllimləri və gəncləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib. Müəllimlər intellektual yarışda   Yarışda 45 nəfərdən çox təhsil işçisi, gənclər qədim intellektual idman oyununda öz güclərini sınamışlar. Maraqlı keçən yarışda şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Cahangir Niftalıyev birinci, şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi Arif Mirzəyev ikinci, şəhər 3 nömrəli məktəb-liseyin müəllimi, təhsil veteranı Məmmədmirzə Rzayev üçüncü, Təzəkənd kənd tam orta məktəbinin müəllimi Şərafət Rzayev dördüncü yeri tutub.
Qazanılan uğurlar RTŞ-i və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin diplom və pul mükafatları ilə qiymətləndirilib.
Birinci yeri tutan Cahangir Niftalıyev may ayının əvvəlində Bakı şəhərində keçirilən Respublika birinciliyinin final mərhələsinə vəsiqə qazanıb.
Hafiz Kərimov,
ATİAHİ Rayon Komitəsinin sədri

Şərh Yaz