Məktəblilər yazarlarla görüşüb

May ayının 10-da rayonda keçirilən kitab bayramının xoş təəssüratları altında rayonun MKS-nin akt zalında İsmayıllı yazarlarından bir qrupu ilə məktəblilərin görüşü keçirilib.Məktəblilər yazarlarla görüşüb   Görüşün keçirilmə məqsədini açıqlayan MKS-nin direktoru Könül Baxışlı məktəbli oxuculara kitabları sevmək, oxumaqla yanaşı onların ərsəyə gəlməsində zəhməti, yaradıcılıq payı olan həmyerli yazarları da tanıtmaq olub.
Tədbirdə iştirak edən yerli yazarlardan Xalıq Yusifoğlu, Nazir Ziya Talıstanlı, Xatın, Mehriban İbrahimova, Şahməmməd Dağlaroğlu Vətəni, torpağı, birliyi, halallığı və səmimiyyəti tərənnüm edən yeni şeirlərini oxuyublar.
Qələm sahibləri keçdikləri ömür yolundan danışaraq, məktəbliləri həyatda arzuladıqları yeri tutmaq üçün çalışqanlığa, savadlı olmağa dəvət ediblər.
İştirakçılar bu qəbildən olan tədbirlərin vaxtaşırı keçiriləcəyini bildirən kitabxana işçilərinə təşəkkür ediblər.
T.Əzizova

Şərh Yaz