İşsizlikdən sığorta ödənişi alaraq…

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq İsmayıllı rayon Peşə Tədris Mərkəzində “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi qaydası barədə işəgötürənlərin məlumatlandırılması” mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib.İşsizlikdən sığorta ödənişi alaraq...
İşsizlikdən sığorta ödənişi alaraq...    Tədbirdə rayonun idarə, müəssisə, həmkarlar təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib.
Dəyirmi masanı giriş sözü ilə Mərkəzin direktoru Həsən Həsənov açaraq bildirib ki, 1 yanvar 2018-ci ildən etibarən ilk dəfə olaraq Azərbaycan Respublikasında müəyyən kateqoriya şəxslər işsizlikdən sığorta ödənişi alaraq işsiz qalacaqları dövrü kompensasiya etmiş olacaqlar. Bununla əlaqədar 29 dekabr 2017-ci il tarixdə Nazirlər Kabineti “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi Qaydası” haqqında müvafiq qərar qəbul etmişdir.
Qəbul olunmuş Qərarla əlaqədar Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxış edərək bildirib ki, 1 yanvar 2018-ci il tarixdən işsizlik müavinəti ləğv olaraq “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minmişdir. Yeni qanuna görə yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş işçilər işsizlikdən sığorta ödənişi almaq hüququna malik olacaqlar. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.
Tədbirdə Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, şəhər 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşov, 9 saylı Yol İstismarı MMC-nin kadrlar üzrə mütəxəssisi Müslüm Babayev çıxış edərək mövzunun aktuallığından, problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini bildiriblər.
Sonda “Sığorta ödənişini alan şəxsin işsiz kimi qeydiyyata alınma və ya yenidən qeydiyyata alınma şərtlərinin və müddətlərinin müəyyən edilməsi” Qaydası barədə işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Q.Abduləzizov

Şərh Yaz