Peşə seçiminə diqqət gündəmdədir

Aprel ayı ərzində İsmayıllı rayon Məşğulluq Mərkəzi tərəfindən “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə, eləcə də Topçu və Qalacıq kənd tam orta məktəblərində valideynlərin, şagird və müəllimlərin iştirakı ilə peşəyönümü tədbirləri keçirilib. Peşə seçiminə diqqət gündəmdədir
Peşə seçiminə diqqət gündəmdədir
Peşə seçiminə diqqət gündəmdədir
Peşə seçiminə diqqət gündəmdədir    Peşəyönümü tədbirlərində adı çəkilən məktəblərinin direktorları, İsmayıllı Rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətçiləri iştirak ediblər. Г‡ıxışlarda düzgün peşə seçiminin həlli işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynadığı qeyd olunub. İşəgötürənlərin peşə və ixtisaslara olan tələbləri şagirdlərin və valideynlərin nəzərinə çatdırılıb.
Tədbirdə şagirdlərlə peşə seçiminə aid sorğu keçirilib və onları maraqlandıran müxtəlif istiqamətli suallar Mərkəzin mütəxəssisləri tərəfindən cavablandırılıb.
Mərkəzin əməkdaşları peşəyönümü sisteminin gücləndirilməsi məqsədi ilə 3 may 2018-ci il tarixdə İsmayıllı rayon Kürtmaşı kənd tam orta məktəbində də yuxarı sinif şagirdləri ilə görüşüblər. Tədbirdə mövzu ilə bağlı ən vacib məqamlar şagirdlərin diqqətinə çatdırılıb.
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçiləri çıxış edərək valideyn və məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan peşələr və onların gələcək perspektivləri haqqında geniş məlumat veriblər.
Qadir Abduləzizov,
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

Şərh Yaz