Hüquq aylığına start verilib

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkədə “İnsan Hüquqları Günü” kimi qeyd olunur və bu il həmin Sərəncamın 11 ili tamam olur.
Sərəncamdan irəli gələn tələblərə görə İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsi tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində keçiriləcək tədbirlərin planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq rayonun bir sıra tam orta məktəbində, müəssisə və təşkilatlarında müəyyən olunmuş mövzuları əhatə edən, konfrans, disput və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
“Zərərli vərdişlərə və narkomaniyaya yox deyək”, “Erkən nikaha yox deyək”, “Hüquq və vəzifələrimiz”, “Sağlam həyat tərzi günün tələbidir” mövzuları ilə əhalinin müxtəlif qruplarının maarifləndirilməsi aylığın başlıca məqsədidir.
Hüquqi maarifləndirilmənin əhəmiyyətini artırmaq məqsədi ilə aylığın keçirilməsinə səmərəli əməkdaşlıq baxımından rayondakı inzibati orqanlarının, rayon Təhsil Şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, pedaqoji kollektivlərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı məqsədəuyğun hesab olunub.
May ayının 18-dən başlamış “İnsan hüquqları aylığı” iyun ayının 18-dək davam edəcək.
“İsmayıllı xəbərləri”

Şərh Yaz