Azərbaycan Xalq Cümhuriyyətinin şanlı generalları – Hərb tariximizin “aslanları”

Azərbaycan tarixinin şanlı bölmələrindən biri Xalq Cümhuriyyəti dövrüdür. 1918-ci ilin 28 mayında Şərqdə ilk Demokratik Cümhuriyyət quruldu. Bir çox ölkələr tərəfindən tanınmış bu dövlət qısa mövcudluğu dövründə çox işlərə, nailiyyətlərə sahib oldu.Azərbaycan Xalq Cümhuriyyətinin şanlı generalları - Hərb tariximizin “aslanları”
Azərbaycan Xalq Cümhuriyyətinin şanlı generalları - Hərb tariximizin “aslanları”   Sosial-iqtisadi qərarlarla yanaşı, ordu quruculuğu da əsas götürüldü. 1918-ci il iyunun 19-da hərbi vəziyyət elan edildi. 1918-ci ilin iyunun 26-da isə Azərbaycan milli ordusunun yaradılması haqqında fərman verildi. 1918-ci ilin 7 dekabrında Azərbaycan Parlamenti öz işinə başladı. Bu parlament öz qərarı ilə Azərbaycan ordusunu əmin əllərə verdi. Belə ki, dövrün tanınmış generalları Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski isə onun müavini təyin olundu. Bu iki dahi hərb ustalarının səyi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti ordusu düşmənləri ilə başa çıxacaq bir hala gəldi. Bu istedadlı generalların hərb sənətinə gəlişləri hələ çar Rusiyası dövrünə gedib çıxır.
Səməd bəy Mehmandarov (1857-1931)1875-ci ildə Sankt-Peterburq artilleriya məktəbini bitirmişdi. O, 1904-1905-ci illər Rus-Yapon müharibəsi zamanı göstərdiyi igidliyə görə ordenlər, qızıl silah və general-mayor rütbəsi ilə təltif olunmuşdu.
Əliağa Şıxlinski (1865-1943) rus-yapon müharibəsinin digər əfsanəvi qəhrəmanıdır. Sonralar “Artilleriyanın allahı” adlandırılan Ə.Şixlinski 1876-1883-cü illər ərzində rus kadet korpusunda təhsil almış, Sankt-Peterburq topçuluq məktəbini bitirmişdir. Rus-yapon müharibəsində Port-Artur qalasının müdafiəsində göstərdiyi igidliklərə görə polkovnik, cəmi dörd il sonra 1912-ci ildə general-mayor rütbəsi almışdı. Əslində hərbi Əsasnaməyə görə, o, bu rütbəni yalnız 10 il sonra ala bilərdi. Məhz göstərdiyi igidliklər buna rəvac vermiş, səbəb olmuşdu.
1914-cü ildə I Dünya müharibəsi deyilən savaş başladı. Bu qanlı müharibədə çar Rusiyası da iştirak edirdi. Г‡ar Rusiyasına tabe olan xalqlar da müharibənin bu və ya digər şəkildə iştirakçısına çevrildilər. Birinci Dünya müharibəsi illərində rus ordusunda 200 nəfərdən çox azərbaycanlı zabit qulluq edirdi. Döyüşlərdə hədsiz igidliklər göstərən bu hərbiçilər içərisində Səməd bəy Mehmandarov və Əliağa Şıxlinski mühüm yer tuturdu. Qərb cəbhəsində 21-ci dviziyanın komandiri olan Mehmandarov Lodz əməliyyatı zamanı rus ordusunu mühasirədən çıxarmış və alman generalı Makenzinin ordusunu darmadağın etmişdir. Müharibənin sonuna yaxın Mehmandarov artıq ordu komandiri idi.
Rusiya paytaxtının müdafiəsi isə Əliağa Şıxlinskiyə tapşırılmışdı. Nəzərə alsaq ki, çar Rusiyasında müsəlmanlara silah verilmirdi və onlar orduya çağrılmırdı, yalnız zadəgan ailələrinə məxsus insanlar hərbi qulluğa gedə bilərdi, bu etimadın böyüklüyünü anlamaq olar.
1917-ci ilin fevralında çar Rusiyasında inqilab baş verdi, monarxiya devrildi. Tabe edilmiş xalqlar azad olacaqlarına ümid etsələr də bolşevik bəlası ilə üz-üzə qaldılar. 1917-ci ilin oktyabr çevrilişindən sonra hakimiyyətə gələn bolşevik partiyası və V.İ.Lenin terror və təcavüz yolunu seçdi. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinə qarşı da bir təhdid idi.
Azərbaycanın dövət müstəqilliyini tanımayan Lenin təəssüf ki, məqsədinə çatdı. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə artıq Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal olundu. Bütün verilən vədlərə baxmayaraq Cümhuriyyətə aid qaydalar və dövlət qurumları ləğv olundu. O cümlədən Azərbaycan Milli ordusu. Lakin buna rəğmən Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun təcrübələrindən istifadə edilmişdir.
Belə ki,1920-ci ilin avqustunda onlar Baş Qərargahda işləmək üşün Moskvaya –“ Sovet Rusiyası paytaxtına göndərilmişlər. 1924-27-ci illərdə Azərbaycan komandirlər məktəbində və Zaqafqaziya hərbi hazırlıq məktəbində dərs demişlər. Lakin 30-cu illər bu generalların həyatında mənfi iz qoydu. Onlara çarizmin qalığı kimi baxmağa başlanıldı. Г‡ətinliklər içərisində həyata vida etdilər.
Lakin Azərbaycan xalqı öz qəhrəman oğullarını heç zaman unutmadı. Hərb sənətinin bu iki qəhrəmanı, bu iki “aslanı” daim xatırlanır, ehtiramla yad edilirlər.
Bu gün Azərbaycan yenə müstəqildir, Azərbaycan ordusu isə Qafqazda ən güclü ordudur. Ən müasir silahlarla təchiz edilmiş Azərbaycan ordusunun ən böyük silahı isə onun neçə-neçə qəhrəman oğulları, istedadlı generalları və Ali Baş komandanı İlham Əliyevdir.
Aygül Nəsirova,
E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin tarix müəllimi

Şərh Yaz