Universal döyüş üzrə açıq rayon birinciliyi ümummilli liderin 95 illiyinə həsr olunub

İsmayıllı rayon Gənclər və İdman İdarəsi və universal döyüş növü üzrə İsmayıllı rayon nümayəndəliyinin təşkilatçılığı ilə İsmayıllı Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş universal döyüş növü üzrə açıq rayon birinciliyi keçirilib.Universal döyüş üzrə açıq rayon birinciliyi ümummilli liderin 95 illiyinə həsr olunub   Birincilikdə İsmayıllıdan, Bakı Karate-Do Akademiyasından, Şəkidən və Qəbələdən, ümumilikdə 100 nəfər idmançı iştirak edib. Şəxsi birincilik yarışlarında müxtəlif çəki dərəcələrində I, II və III yerin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.
X.Məmmədov

Şərh Yaz