Komandamız qalibdir

İsmayıllı gəncləri intellektual oyunlarda və bilik yarışlarında ardıcıl olaraq daha fəal iştirak edir, daha çox uğur qazanırlar. “Xəmsə” Milli İntellektual Oyunları üzrə gənclər arasında Azərbaycan Г‡empionatı çərçivəsində Şamaxı şəhərində keçirilən zona yarışında İsmayıllı komandasının birinci yeri tutması deyilən fikri bir daha sübut edir.Komandamız qalibdir   Г‡empionata yaxşı hazırlaşan, yüksək bilik nümayiş etdirən İsmayıllı komandası yarışda 9300 xal toplayaraq qalib olub –“ birinci yeri tutub. Müvafiq olaraq II yerə Ağdaşın, III yerə Zərdabın “Xəmsə” komandaları çıxıb.
Zona yarışının qalibi olmuş İsmayıllı komandası finalda uğur qazanmaq üçün səylə çalışmaqda davam edir.
K.Bağırova

Şərh Yaz