“Şahin”lərimiz yenə birincidir

24 aprel 2018-ci il tarixdə Şamaxı rayonunda “Şahin” hərbi-idman oyunlarının zona birinciliyi keçirilib.“Şahin”lərimiz yenə birincidir   10 rayondan olan komandanın iştirakı ilə “Şahin” hərbi-idman oyunlarının Əsasnaməsinə uyğun olaraq 8 bölmə üzrə keçirilən yarışda İsmayıllı rayon komandası (şəhər 3 nömrəli məktəb-liseyin komandası) I, Ucar rayonunun komandası II, Zərdab rayonunun komandası III yeri tutub.
Yarışın sonunda qaliblər Gənclər və İdman Nazirliyinin, Şamaxı Rayon Təhsil Şöbəsinin və Şamaxı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
I və II yeri qazanmış komandalar Bakı şəhərində keçiriləcək “Şahin” hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.
Səbuhi Əzizov

Şərh Yaz