Soltankənd inzibati ərazi dairəsində

Seçkidən sonrakı ümumxalq bayramı sevincini yaşayan ərazi dairəsinin sakinləri tam orta məktəbin iclas zalına toplaşmışdılar. Soltankənd inzibati ərazi dairəsində
Soltankənd inzibati ərazi dairəsində                       Görüşü giriş nitqi ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ictimai fəallıqlarına, Prezident seçkilərində göstərdikləri mütəşəkkilliyə, rayonun ictimai-siyasi mühitində əhəmiyyətli rol oynadıqlarına görə daimi məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımıza təşəkkürünü bildirib. Daha sonra Respublikanın, rayonun sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərdən, balanslaşdırılmış xarici siyasətin nəticəsi olaraq ölkədə mövcud olan sabit, təhlükəsiz və təminatlı həyat şəraitindən danışıb. Kənd təsərrüfatı sahəsində fiziki şəxs kimi özəl fəaliyyətlə məşğul olmaq istəyənlərə iqtisadi və hüquqi yollar göstərib.
İştirakçılar enerji təchizatı, kəndarası yolların düzəldilməsi, torpağa və əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər alınmasına və ərazinin suvarma suyu ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı təkliflərini bildiriblər.
Görüşdə iştirak edən hər bir məsul şəxsə aid məsələnin icrası ilə bağlı konkret tapşırıq verilib.
Həmişə olduğu kimi, səmimi, işgüzar şəraitdə keçən görüş qarşıdakı vəzifələrin icrası üçün yeni stimul olub.
V.Salehov

Şərh Yaz