Qaçqınlar və məcburi köçkünlərlə görüş

Məcburi köçkünlərin və daimi məskunlaşmasına baxmayaraq, qaçqınların mənzil və həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması dövlətimizin daimi diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin vaxtilə dediyi kimi, cənab Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemini özünün bir nömrəli problemi hesab edir.
İsmayıllı rayon İcra Hakimiyyətinin rəhbərliyi dövlət siyasətinin bu vacib istiqamətinin bölgə ərazisində icrası üçün ardıcıl tədbirlər həyata keçirir, müntəzəm olaraq qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yerlərdə olur, soydaşlarımızla görüşür, qaldırılan məsələlərin həllini təmin edir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Soltankənd kəndinə və Qarabağ qaçqınlarının məskunlaşdığı məhəlləyə getməsi, məlum kontingentlə yenidən görüşməsi də məhz bu məqsəddən irəli gəlirdi.
V.Salehov

Şərh Yaz