Qarabağlılar məhəlləsində məcburi köçkünlərlə görüş

Dövlətimizin qayğısının yeni təzahürü olaraq təhsil müəssisələrində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün İsmayıllı şəhərinin perspektiv inkişaf fondu ərazisində 45 fərdi yaşayış evi tikilib. Məhəllədə məktəb və tibb məntəqəsi də inşa olunub. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun müxtəlif rayonlardan olan məcburi köçkünlərlə görüşü məktəbin foyesində keçirilirdi.Qarabağlılar məhəlləsində məcburi köçkünlərlə görüş
Qarabağlılar məhəlləsində məcburi köçkünlərlə görüş                     Görüşü giriş nitqi ilə açan Mirdaməd Sadıqov ilk növbədə iştirakçıları salamlayıb, cənab Prezidentin timsalında seçkilərdə qazanılan ümumxalq qələbəsi münasibətilə onları təbrik edib. Daha sonra ölkə rəhbərinin, dövlətimizin ordu quruculuğu siyasətinin yüksək nəticələrindən, məcburi köçkünlərin həyat şəraitinin və təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması üçün həyata keçirdiyi tədbirlərdən danışıb. Başçı qeyd edib ki, cənab Prezident İlham Əliyevin hər bir məmurun xalqın xidmətçisi olmaq tapşırığı İsmayıllıda məsuliyyətlə yerinə yetirilir. Buraya avtobus marşrutu açılması, telefon çəkilməsi, dayanıqlı elektrik enerjisi verilməsi və sizinlə bu gün həmsöhbət olmağımız bu məsuliyyətdən irəli gəlir. Sizin hər bir probleminiz bizimlə birgə həll olunmalı, hər bir qayğınız RİH ilə birgə aid təşkilatlar tərəfindən çəkilməlidir.
Ağdam RİH-nin İsmayıllı rayonu üzrə nümayəndəsi, məktəb direktoru Zahid Namazov diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq edib, RİH-nin başçısı Mirdaməd Sadıqova təşəkkürünü bildirib. Deyib ki, biz köçkünlərin yalnız bir problemi var –“ işğal olunmuş torpaqların qaytarılması. Tam ümidliyik ki, cənab İlham Əliyevin Prezidentliyi dönəmində bu problem də öz həllini tapacaq.
Görüş iştirakçılarından Pəncəli Həsənov və Bakir Həsənquliyev enerji təchizatının daha da yaxşılaşdırılmasını, Əyyub Əhmədov Enişdibi kəndinə gedən yolun qısa bir hissəsinə çınqıl döşənməsini, Qalib Məcnunov Tircan ferması ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin evlərinə qaz çəkilməsini xahiş edib. İcrası rayonun imkanları və səlahiyyəti daxilində olan məsələlər barədə tapşırıqlar verilib.
Əvvəlkilərdən çox-çox fərqli vəziyyətdə, səmimi şəraitdə keçən görüşdə narazılıqlar yox, edilənlər üçün ölkə rəhbərliyinin ünvanına minnətdarlıq, yerli məsul işçilərə təşəkkür eşidilib.
Valeh Salehov,
veteran jurnalist

Şərh Yaz