Xalq-iqtidar birliyi: Güclü təbliğat – uğurlu nəticə

Səhifə 5-7-də olan yazılar YAP İsmayıllı rayon təşkilatının mətbuat xidməti və “İsmayıllı xəbərləri” qəzetinin redaksiyası tərəfindən hazırlanıb.

Heydər Əliyev irsinin uğurlu davamı bəyənilir
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat-təbliğat kompaniyası çərçivəsində İsmayıllı rayon təşkilatının Xankəndi, Sulut, Tağlabiyan kəndlərində toplantıları 23 mart tarixində keçirildi.Xalq-iqtidar birliyi:  Güclü təbliğat - uğurlu nəticə
Xalq-iqtidar birliyi:  Güclü təbliğat - uğurlu nəticə  Görüşlərdə giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının İdarə Heyətinin üzvü Valeh Salehov açdı. O bildirdi ki, ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-2018-ci illəri əhatə edən prezidentlik dövründə əldə edilmiş iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması və davamlı iqtisadi artımın təmin edilməsi, iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi, qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və regionlarda sahibkarlığın, istehsal, sosial infrastrukturların inkişafı, bu sahədə stimullaşdırıcı addımların atılması, ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli şəkildə azaldılması, məşğulluğun təmin edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası istiqamətində fəaliyyətin gücləndirilməsi və s. kimi məsələləri aid etmək olar.
Г‡ıxış edən kənd sakinləri Bəhruz Abdulov, Şərif Rəhmanov, Fariz Mamedov və başqaları ismayıllıların həmişə dövlətə, dövlətçiliyə sədaqətindən, respublikamızda hökm sürən ictimai-siyasi sabitliyi, iqtisadi yüksəlişi, hakimiyyətlə xalq arasındakı vəhdəti, ümummilli lider Heydər Əliyev irsini uğurla davam etdirən cənab Prezident İlham Əliyevi dəstəkləyəcəklərini açıqlayıblar.

Şərh Yaz