İnkişafa, firavanlığa və sabitliyə səs verdilər

Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində İsmayıllı şəhərində rayon ağsaqqalları, eləcə də Basqal və Lahıc qəsəbələrində də seçicilərlə görüşlər keçirildi.İnkişafa, firavanlığa və sabitliyə səs verdilər
İnkişafa, firavanlığa və sabitliyə səs verdilər                Görüşlərin hər birində YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova çıxış etdi. Г‡ıxışlarda son 15 ildə Azərbaycanı inkişafa aparan uğurlu fəaliyyətdən söz açıldı. Azərbaycanın bütün sahələrdə dinamik inkişaf etdiyi vurğulandı. Təbliğat-təşviqat qrupunun nümayəndələri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov, Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov seçicilərlə görüşlərdə cənab İlham Əliyevin Azərbaycan xalqının alternativsiz namizədi olduğunu söylədilər. Keçirilən seçkilər bu həqiqəti bir daha qüvvətləndirdi və təsdiqlədi.
İsmayıllı ağsaqqallarının keçirdiyi tədbirdə Şəfaqət Rəsulov, Valeh Salehov, Gülxar Əliyeva, İsrayıl İsmayılov, Basqal qəsəbəsində Yeganə Ağayeva, Rüstəm Məmmədov, Kamran Məlikzadə, Lahıc qəsəbəsində Sədrəddin İsgəndərov çıxışında bildirib ki, İsmayıllı ictimaiyyəti keçirilən seçkidə birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi dəstəklədi.
Xalqımız dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini böyük məmnunluqla qarşıladı. Böyük ruh yüksəkliyinin fonunda qeyd etmək lazımdır ki, İsmayıllı seçiciləri növbəti dəfə də Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə etimad göstərdilər. Bununla da seçicilər Azərbaycanın inkişafına, firavanlığa və sabitliyə səs vermiş oldular.

Şərh Yaz