Xalq bir namizədi tanıdı -Təbliğat səsvermədə əksini tapdı

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını rayonun Diyallı və Qoşakənd kəndlərində də uğurla keçirdi. Xalq bir namizədi tanıdı -Təbliğat səsvermədə əksini tapdı
Xalq bir namizədi tanıdı -Təbliğat səsvermədə əksini tapdı
Xalq bir namizədi tanıdı -Təbliğat səsvermədə əksini tapdı                 Tədbirlərdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova ötən 15 ilin ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvi olmasını bildirdi.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Taleh Salehov, Lətifə Əliyeva və Xuraman Qurbanova çıxış edib, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər və qazanılan nailiyyətlər barədə öz fikirlərini bölüşüblər. Natiqlər seçicilərin 11 aprel 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının və xalqın vahid namizədi İlham Əliyevə səs verəcəklərinə əmin olduqlarını ifadə ediblər.
Diyallıda seçicilər adından çıxış edən kənd sakinləri Məzahir Tapulov, Ramazan Bağırov, Şəmsiyyə Əhmədova, Əkbər Şəfaqətov və başqaları cənab İlham Əliyevi birmənalı olaraq alternativsiz namizəd kimi gördüklərini qeyd edib, Azərbaycanın sürətli inkişafının gələcək təminatçısı kimi ölkə rəhbərinin uğurlu fəaliyyətini vurğulayaraq hamılıqla xalqın vahid namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
Qoşakənd kəndində keçirilən görüşdə kənd sakinləri Mehman Əşrəfov, Ziyəddin Mövlamov, Əlişir Süleymanov, Əflatun Baxışov xalqın rifahı və ölkənin inkişafı naminə gördüyü böyük işlərə görə 11 aprel 2018-ci il tarixində seçki məntəqələrinə gələrək cənab İlham Heydər oğlu Əliyevə səs verəcəklərini böyük ruh yüksəkliyi ilə bildirdilər.

Şərh Yaz