Onu yenə də ölkənin Prezidenti kimi görürlər

Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası rayonun Kürdmaşı və Hacıhətəmli kəndlərində rəğbətlə qarşılandı.Onu yenə də ölkənin Prezidenti kimi görürlər
Onu yenə də ölkənin Prezidenti kimi görürlər         Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova qeyd edib ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya yolu seçən Azərbaycanda aparılan uğurlu, məqsədyönlü siyasət ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına əlverişli şərait yaratmış, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etmişdir.
Qazanılmış uğurlar barəsində hərtərəfli məlumat verildikdən sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov çıxış edərək son illər ölkəmizdə görülən işlərdə əsas məqsədin Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq olduğunu deyib. Bildirib ki, əhalinin sosial baxımından aztəminatlı təbəqəsi daim dövlətin diqqət mərkəzindədir.
Kürdmaşı kənd sakinləri Arif Qənbərov, Rüstəm Nəbiyev, Varis Cəbiyev, Dürdanə Əliyeva, Hacıhətəmli kənd sakinləri Feyruz Mehdiyev, Şahmalı Salmanov və başqaları çıxış edərək bildiriblər ki, bu gün YAP Azərbaycan cəmiyyəti tərəfindən dəstəklənən və etimad göstərilən yeganə və ən böyük siyasi partiyadır. İsmayıllılar Yeni Azərbaycan Partiyasının sədri, ölkə başçısı cənab İlham Əliyevin siyasi dəst-xəttini ürəkdən bəyənirlər və onu yenə də ölkənin Prezidenti kimi görürlər.

Şərh Yaz