Azərbaycanın daha da güclənməsinə səs verdilər

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsi təbliğat-təşviqat kampaniyasını uğurla apardı. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş 5 mart tarixində rayonun Ruşan kəndində keçirildi.Azərbaycanın daha da güclənməsinə səs verdilər
Azərbaycanın daha da güclənməsinə səs verdilər                    Tədbirdə YAP Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Sevil Əhmədova giriş nitqi söylədi. Bildirdi ki, bu gün Azərbaycanın dünyada demokratiya yolu ilə inkişaf edən, güclü iqtisadiyyata, yüksək beynəlxalq nüfuza malik, bütün azadlıqların təmin olunduğu ölkə kimi tanınması hamıya bəllidir. Sabitlik, təhlükəsizlik, tolerantlıq dövlət siyasətinin prioritetini təşkil edir. Möhtərəm Prezidentimizin həyata keçirdiyi siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir və cəmiyyət tərəfindən yüksək səviyyədə dəstəklənir.
Təbliğat-təşviqat qrupunun üzvləri Zaur Muradov, Valeh Salehov çıxış edərək Azərbaycanın uğurlu və şərəfli inkişaf yol keçdiyi beynəlxalq aləmdə nüfuz sahibi olduğunu diqqətə çatdırıblar.
Görüşdə çıxış edən Ruşan kənd sakinləri Rəna Məmmədova, İnqilab Məmmədov, Əvəz Əmirov, Sevda Səfixanova bütün seçiciləri dövlətimizin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Onlar söz verdikləri kimi, qədirbilən İsmayıllı seçiciləri sırasında növbəti dəfə cənab İlham Əliyevi dəstəklədilər, Azərbaycanın daha da güclənməsinə səs verdilər.

Şərh Yaz