İlhamla irəli gedirik

Azərbaycan Respublikasının Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin uğurla çalışan təbliğat-təşviqat kampaniyası Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun İvanovka kəndində də oldu.İlhamla irəli gedirik
İlhamla irəli gedirik                            Seçicilərlə görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Həsən Həsənov, Valeh Salehov çıxış edərək cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən müddətdə iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi diqqət mərkəzində saxladığını qeyd ediblər. Yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafı və şaxələndirilməsi istiqamətində mühüm uğurlar əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib, minlərlə yeni iş yeri açılıb. Genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb.
Görüşdə çıxış edən İvanovka kənd sakinləri Oleq Radayev, Nadejda Jabina və başqaları seçimlərinin bəlli olduğunu ifadə ediblər. Bildiriblər ki, bu seçimi qorumaq, təsdiqləmək üçün seçki məntəqələrinə gəlib səsvermə hüququndan istifadə edərək Azərbaycanı işıqlı gələcəyə aparan Heydər Əliyev siyasətinin uğurlu davamına səs vermək lazımdır. Onda xalq növbəti 7 ildə də uğurlarından fərəh hissi ilə danışacaqdır.

Şərh Yaz