İnamı şərtləndirən amil

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının İsmayıllı rayon şöbəsinin üzvləri prezident seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Quşencə kəndinin seçiciləri ilə də görüşüb.İnamı şərtləndirən amil                Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı İsmayıllı rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Ramiz Ağayev, Vidadi Rəhimov, Şəfaqət Rəsulov çıxış edərək Azərbaycanın nəinki MDB dövlətləri, region dövlətləri arasında, eləcə də dünya miqyasında gözlə görünən, hiss olunan rəqəmlərdə və müəyyən fikirlərdə ifadə olunan böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırıblar.
Görüşdə çıxış edən Vəsidə Mustafayeva, İdris İbrahimov, Natiq Səmədov bildiriblər ki, ölkəmizin sürətli inkişafı hər bir Azərbaycan vətəndaşında qürur və iftixar hisslərini formalaşdırır. Eyni zamanda, bu inkişafın hər bir vətəndaşın həyatında dəyişikliklər üçün əsas verməsi inamımızı şərtləndirən amildir. Bu gün inkişaf edən, bütün istiqamətlərdə davamlı olaraq gücünü artıran dövlətimizin qarşısında dayanan hədəflər hər bir vətəndaş üçün çox önəmlidir.
Cənab İlham Əliyevə səs verməklə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, bütövlükdə ölkəmizin inkişafına səs vermiş oluruq. Bu gün hər bir kəs yaxşı bilir ki, Azərbaycanın xoşbəxt gələcəyi Heydər Əliyev siyasəti ilə bağlıdır.

Şərh Yaz