Mollaisaqlı kəndində yubiley

Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun 75 illik yubileyinin keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılıb. Sərəncama əsasən el sənətkarının 75 illiyi noyabr ayının 28-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər Mədəniyyət Mərkəzində qeyd olunacaq.
Mollaisaqlı kəndində yubiley
Ümumrayon yubiley tədbirinə qədər yerlərdə el sənətkarı ilə görüşlər təşkil olunur. 23 noyabr 2017-ci il tarixdə növbəti yubiley mərasimi Mollaisaqlı kənd məktəbində çoxsaylı saz-söz həvəskarlarının iştirakı ilə keçirilib.
Filoloq, veteran jurnalist Valeh Salehov tədbiri açıb və Aşıq Yanvarı təbrik edib, aşıq sənətinə göstərdikləri marağa, aşığa olan dərin hörmətləri baxımından kütləvi gəlişə görə iştirakçılara təşəkkürünü bildirib.
RİH aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov Y.Bədəlovun həyat və yaradıcılığı barədə danışıb.
Veteran ziyalı Musa Sadıqov, coğrafiya müəllimi İldırım Məsimov, əmək veteranları Baba Babayev, Şirin Mürsəlov, məktəbin direktoru Fazil Muradov çıxış edərək, yubilyaraxoş arzularını çatdırıb, yeni yaradıcılıq uğurları diləyiblər. RİH başçısının Mollaisaqlı İƏD üzrə nümayəndəsi Həşim Həşimov təbriklərə qoşulub. Aşıq Yanvara qiymətli hədiyyə təqdim edib.
Yanvar Bədəlov öz şeirlərindən bir neçəsini söyləməklə iştirakçılara unudulmaz dəqiqələr yaşadıb. Aşıq tədbirin təşkilatçılarına hazırlanmış tədbirə görə təşəkkürünü bildirib. Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülməsinə Sərəncam verən cənab Prezidentə minnətdarlıq edib.
Aşığın şeirlərindən şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş etdirilib, rəqslər ifa olunub. Şagirdlər aşığa gül-çiçək dəstələri bağışlayıblar.
Nəsimi Teymurov

Şərh Yaz