Xatirələrə köçən tədbir

Bu il Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun anadan olmasının 75 illiyi tamam olur. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamına uyğun olaraq yerlərdə aşıqla ictimaiyyətin görüşləri keçirilir. Anadan olduğu Tircan kəndində, əhalisi daha çox olan Qubaxəlilli, Mollaisaqlı kəndlərində keçirilən görüşlərin davamı kimi, noyabrın 24-də ustad sənətkarla Qalacıqda növbəti görüş keçirilib.
Xatirələrə köçən tədbir
Saza, sözə dəyər verən kənd sakinlərinin – gənclərin, müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri filoloq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dövlət qulluğu veteranı Valeh Salehov aparıb.
RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov aşığın həyat və yaradıcılığı barədə danışıb, ustad sənətkarı Şirvan aşıq məktəbinin ən layiqli davamçılarından olduğunu diqqətə çatdırıb.
Kənd sakini, müəllim Nadir Balayev, İƏD üzrə nümayəndə Təbriz Eminov aşığı təbrik etdib, görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıblar. Məktəblilərin ifasında aşığın yaradıcılığından şeir nümunələri səsləndirilib.
Sonda yubilyar görüşə toplaşanlara öz minnətdarlığını ifadə edib. RİH başçısının Qalacıq kənd İƏD üzrə ümayəndəliyi və bələdiyyə tərəfindən aşığa xatirə hədiyyələri təqdim olunub.
Multikultural dəyərlər və tolerantlıq konteksində keçən, xatirələrə köçən tədbir iştirakçılara xoş ovqat bəxş edib.
Gülnarə Mirzəliyeva

Şərh Yaz