Yenə dilimizdən danışmaq istəyirəm

Mən düşmənlərimizdən başqa heç bir ulusa qarşı deyiləm. O cümlədən farslara da normal yanaşıram. Bu ulus, onun başını uca edən Sədi, Firdovsi, Hafiz kimi klassiklər yetişdirib.
Ancaq bizim də, sadaladığım şairlərdən geri qalmayan (bəlkə də onlardan daha üstün) azman klassiklərimiz var ki, bunların da adlarını çəkməyə çox zaman gedər!..
Orta əsrlərdə ölkəmizdə qəzəl şairləri ərəb-fars sözlərindən çox yararlanıblar, hətta təmiz farsca yazanlar da olub. O zamanın, indiki dillə desək, formatı elə olub və bunun üçün 21-ci əsrdə oturub onları qınamağın yeri də yoxdur. Nə demək istəyirəm?
21-ci əsr isə elmin, texnologiyaların sürətli yüksəliş əsridir, bunu anlamağa elə də böyük düşüncə gərək deyil. Və bu yüksəlişdən geri qalmamaq üşün gənclərimizə ərəb-fars yox, Avropa xalqlarının dillərinə yiyələnmək gərəkdir. Bütün xalqlar dillərini zamana uyğunlaşdırdqları halda bizimkilərin yeni-yeni ərəb-fars sözlərini leksikonumuza soxuşdurmalarını heeeç anlaya bilmirəm. Düzü mən bu prosesi diversiyaya oxşadıram.
Öncə fars sözlərindən danışaq;
Dilimizdə olan,”dayaq durmaq” feilini farsca “dəstək“ sözündən qondarılmış gülünc səslənən “dəstəkləmək” feililə əvəzləyiblər.
Bizim orfoqrafiya sözlüyümüzdə ingilis, rus və b. Avropa dillərində olan sözlər var ki, bunları da farsca deyir, yazırlar; eqoisti – xudpəsənd, optimisti – nikbin, pessimisti – bədbin, fanatı – azarkeş, kapitalı – sərmayə, prinsi – şahzadə, rıtsarı – cəngavər, aristokratı – zadəgan (zadə – fars, qan –“ monqol), feyerverki – atəşfəşan, canyandıranı – canfəşan və b. k–¦
Qabaqlar TV-də nərd haqqında veriliş qoymuşdular. Tarixçi deyir ki, nərd oyunu qədim Misirdə də olub, bunun dalınca aparıcıciyəz qız deyir: nərdi farslar icad ediblər, nədən ki, zərləri farsca oxuyuruq. Niyə zərləri farsca oxuyuruq? Öz dilimizdə olmazmı?
Belə ərəb sözləri də az deyil;
Operasiya – əməliyyat, instruktor –“ təlimatçı, import –“ idxal, eksport –“ ixrac, bioqrafiya –“ tərcümeyi-hal, konkurs –“ müsabiqə, kontrol –“ nəzarət, aktiv –“ fəal, politoloq –“ siyasətşünas (ə. +f.), filoloq –“ ədəbiyyatşünas (ə.+f.), pespublika –“ cümhuriyyət, miqrant –“ mühacir, reform –“ islahat, proyekt –“ layihə, aqressiya –“ təcavüz, aqressor –“ təcavüzkar (ə.+f.), karyerist –“ mənsəbpərəst (ə.+f.), talant –“ istedad, moral –“ əxlaq, mənəviyyat, motor –“ mühərrik, diversiya –“ təxribat, provokasiya –“ təxribat, firma –“ şirkət, biznesmen –“ sahibkar(ə.+f.), intervyü –“ müsahibə, moment –“ məqam, və b. k–¦
“Konfliktologiya”nın da yerinə yarı ərəb, yarı fars bir, ”geydirmə” söz qoyublar –“ münaqişəşünaslıq. Bu gərəksiz sözlərin çoxunu, heyiflər olsun ki, ölkəmiz bağımsızlığını qazanandan sonra gətiriblər dilimizə.
Demək istədiyim budur ki, gəlin belə absurd sözlərlə uşaqlarımızın, gənclərimizin beynini doldurmayaq, bu sözlər yalnız ərəblərə və farslara gərəkdir, başqa heç kimə yox–¦
Pərviz Məmmədli

Şərh Yaz