Həyata uğur, təhsilə davam

Həyata uğur, təhsilə davam  14 iyun 2017-ci il tarixdə Qaraqaya kənd ümumi orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbir Dövlət himni sədaları və Dövlət bayrağının gətirilməsi ilə başlayıb. Daha sonra məktəbin direktoru Asif Soltanov giriş sözü ilə tədbiri açıq elan edərək doqquzuncuları təbrik edib, onlara təhsildə, gələcək həyatlarında uğurlar arzulayıb.
Günün tədbirində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirak edib.
Tədbir məktəb müəllimlərinin, şagirdlərin çıxışları ilə davam edib. Son zəng birinciləri doğma kəndin məktəbinə, doqquzuncuları isə təhsillərini münasib təhsil ocağında davam etdirməyə səsləyib.
Elmira Soltanova,
məktəbin müəllimi

Şərh Yaz