Uşaqlar bağçaya “Əlvida” – dedi

Uşaqlar bağçaya “Əlvida” - dedi      Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Tədbirdə bağçanın işçiləri, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, körpə fidanlar və valideynlər iştirak edib. Tədbiri giriş sözü ilə açan şəhər 3 nömrəli uşaq bağçasının müdiri Elmira Aslanova bağçanın uğurlarından cənab prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətdən, gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından söz açıb. Sonra tədbiri aparıcıları-körpə fidanlar davam etdirib.
Bağçanın savadlı və qayğıkeş tərbiyəçiləri körpələri tədbirə yüksək səviyyədə hazırlamaqları aydın nəzərə çarpırdı. Mənzər Həsənova məktəbə hazırlıq qrupunun tərbiyəçisi, tədbirin hazırlanmasında böyük əmək sərf etdiyi, balacaların Azərbaycan, Vətənpərvərlik mövzusunda söylədikləri şeirlərdən, göstərdikləri səhnəciklərdən, oxuduğu mahnılardan məlum idi.
Musiqi müəlliməsi Lalə Kəbirova uşaqları fortepianoda müşaiyət edib. Körpə fidanların ifasında səsləndirilən şeirlər, musiqi parçaları, səhnəciklər, rəqslər tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbir İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Gülnar Mikayılova və valideynlərin xoş təəssüratlarını bildirmələri ilə başa çatıb.
Rusan Qasımov

Şərh Yaz