Biomüxtəlifliyi olan nöqtələrdən biri

Biomüxtəlifliyi olan nöqtələrdən biri       Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda Biomüxtəlifliyin İnteqrasiyalı İdarə Olunması” Proqramı jurnalistlər üçün “Təbiətin faydalarından bəhrələnək – Biomüxtəliflik və Ekosistem Xidmətləri Kütləvi İnformasiya Vasitələri üçün” mövzusunda təlim keçirib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan dünyanın ən qaynar biomüxtəlifliyi olan nöqtələrindən biridir. Ümumilikdə Cənubi Qafqaz qlobal əhəmiyyətə malik biomüxtəliflik ocağıdır. “Azərbaycanda 1000-dən çox endemik nümunə mövcuddur. Avropada bunların əksəriyyəti “Qırmızı kitab”a düşüb, Azərbaycanda isə sərbəst dövriyyədədir”. Həmçinin bildirilib ki, ictimaiyyətin biomüxtəliflik və ekosistem xidmətləri barədə məlumatlandırılması, qida, təmiz su, müalicəvi ehtiyatlar kimi ekosistem xidmətlərindən istifadə və onların mühafizəsi barədə məlumatların çatdırılması vacibdir.
Tədbirdə Azərbaycandakı meşələrin ərazisində artım olması bildirilib. Bu da meşə bərpa tədbirlərinin artmasının nəticəsidir.
Təlim zamanı jurnalistlər üçün GİZ proqramı haqqında, ekosistem xidmətləri, biomüxtəlifliyin qorunmasında KİV-in rolu mövzularında təqdimatlar olub. Bu tədbirdə İsmayıllını “İsmayıllı xəbərləri” qəzetinin ictimai müxbiri Elnarə Qasımova təmsil edib.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz