Ömür uzanırmı?

“Dünyada zərərli təsirlərə qarşı mübarizə orta ömrü 35 ildən 70 ilə qədər uzatmışdır”. Otuz ilə yaxın yadımda əzbər qalmış bu cümlə “Elm və həyat” jurnalının 1986-cı il tarixli 10-cu sayında dərc edilmiş “Həyəcan təbili” adlı məqalədəndir. Sonralar da bu məzmunda olan məqalələr oxumuşam, ancaq hər dəfə şəkk-şübhə içində qalmışam. Məncə, faktlar həmin fikri təsdiq etmir. Doğrudur, tibb elminin nailiyyətləri danılmazdır, ancaq onlar eyforiya üçün əsas verirmi? Qədim və orta əsrlərdə milyonların ömrünə son qoyan çiçək, vəba, taun, vərəm kimi dəhşətli xəstəliklər məğlub edilib, sağlamlığın rəhni olan effektli dərmanlar əldə edilib. Xüsusilə peyvənd və cərrahi əməliyyatlar vaxtsız əcəllə mübarizədə çox zaman zəfər çalır. Amma unutmayaq ki, az qala hər il müalicəsi mümkün olmayan yeni dəhşətli xəstəliklər yaranır, dərmanların bir qisminin xeyirdən daha çox şər törətdiyi aydınlaşdırılaraq istifadəsi qadağan olunur, hətta “dərman xəstəliyi” adlandırılan bir kabus vahimə yayır. Saxta dava-dərmanlar ömrü yarıda qırır və ya daha ağır mərəzlər yaradaraq həyatı qısaldır. Bilik və təcrübəsi az olan həkimlər indi də təzə-təzə “Mirzə Həsən qəbiristanlıqları” saldırmırmı? Ekoloji vəziyyətin gündən-günə gərginləşməsi zərərli təsirlərin daha çox artmasına səbəb olmurmu? Mən hələ getdikcə artan gəmi, təyyarə, maşın qəzaları (və daha nələr) nəticəsində hər il milyonlarla adamın uşaq və cavan ikən ölməsini demirəm.Ömür  uzanırmı?
Hər halda, doğrudanmı, əvvəlki zamanlarda insanlar ikiqat az yaşayırmışlar? Bu suala cavab tapmaq çox da çətin deyil. Bir neçə kitabdan, əsasən ASE-lərdən götürdüyüm faktlar əsasında qədim dövrlərdən keçən əsrin ortalarına qədər məşhur şəxslərin ömür şəcərəsini izləyək.
70 il və daha artıq yaşayanlar: Sokrat- 70 miladdan öncə (m.ö.), Arximed- 70 (m.ö.), Sultan Toğrul bəy və onun qardaşı Г‡ağrı bəy- 70, Epikur- 71 (m.ö.), A.K.Doyl- 71, Konfutsi- 72 (m.ö.), XIV Lüdovik- 72, N.Vəzirov- 72, J.Sand- 72, Ə.Xaqani- 73, N.Tusi- 73, Qaracaoğlan- 73, Kamerlinq-Onnes- 73, Г‡.Darvin- 73, Q.Zakir- 73, D.İ.Mendeleyev- 73, Nizamülmülk- 74, M.Əmani- 74, H.Ersted- 74, N.Berdyayev- 74, İ.Ştraus- 74, N.E.Jukovski- 74, Arximed- 75 (m.ö.), S.Təbrizi- 75, A.Bell- 75, Q.Təbrizi- 76, Məsihi- 76, İ.M.Seçenev- 76, A.Eynşteyn- 76, V.Cambatista- 76, Zərdüşt- 77 (m.ö.), Anaksaqor- 77 (m.ö.), O.Rayt- 77, Fales- 78 (m.ö.), Q.Qaliley- 78, V.Rentgen- 78, Y.Qrimm- 78, A.Şaiq- 78, X.Təbrizi- 79, X.Ş.Min- 79, F.fon Seppelin- 79
80 il və daha artıq yaşayanlar: Budda- 80 (m.ö.), Pifoqor- 80 (m.ö.), Y.Г‡ju- 80 (m.ö.), Fərabi- 80, II Qılıc Arslan- 80, Y.Əmrə- 80, İ.Kant- 80, M.P.Vaqif- 80, İ.V.Miçurin- 80, R.Taqor- 80, Platon- 81 (m.ö.), Diogen- 81 (m.ö.), Məsihi- 81, S.Morze- 81, Eratosfen- 82 (m.ö.), A.Berqson- 82, D.Bernulli- 82, A.Volta- 82, P.Dirak- 82, H.Məmmədquluzadə- 82, Г‡.Tszı- 83 (m.ö.), Ö.Xəyyam- 83, H.Spenser- 83, U.Kelvin- 83, İ.V.Gete- 83, Z.Freyd- 83, F.Volter- 84, B.Franklin- 84, R.Broun- 85, M.Şahtaxtlı- 85, Ə.Firdovsi- 86, T.Fexner- 86, T.Karleyl- 86, K.Yunq- 86, B.Kroçe- 86, K.Yaspers- 86, F.Gizo- 87, Frezer- 87, Epiktet- 88, C.Toynbi-88, H.Şirazi- 89, Mikelancelo- 89, M.Plank- 89, C.Santayana-89
90 il və daha artıq yaşayanlar: Sofokl- 90 (m.ö), Demokrit- 90 (m.ö.), Q.Lebon- 90, R.Humboldt- 90, Ə.Yəsəvi- 92, N.Morozov- 92, L.Boltsman-92, B.Şou- 94, M.İ.Qasir- 95, M.Kaşğari- 97, B.Rassel- 98, Hippokrat- 99 (m.ö.)
Qeyd edim ki, yuxarıda adları çəkilənlərdən bəziləri (Arximed, Nizamülmülk, Vaqif və b.) öldürülüb. Skif şahı Atey m.ö. 339-cu ildə döyüşdə həlak olarkən 90 yaşında idi. Bu yaşda qılınc çala bilən adamı indi heç təsəvvür də etmək olmaz.
100 il və daha artıq yaşayanlar: F.Bernar 100, 1533-cü ildə Misirdə vəfat etmiş Azərbaycan şairi G.Bərdəyi 100 ildən artıq, Z.Razi 100 (və ya 109), M.V.Vidadi (1707- 1808) 101, Aşıq Ələsgər (1821-1926) 105, Aşıq Alı (1801-1911) 110, Aşıq Rəcəb (1825-1935) 110, monqol əsgəri tərəfindən Nişapurda öldürülmüş Azərbaycan şairi və mütəfəkkiri Fəridəddin Əttar (1113-1223) 110, ulu peyğəmbərimizə yazdığı mədhiyyələrlə məşhurlaşmış H. ibn Sabit (563-674) 111, Zülfüqar Şirvani (1190-1304) 114, dörd hökmdarın vəziri olmuş azərbaycanlı şair P.H.Şirvani (X-XI əsrlər) təx. 120 il, Borçalının Faxralı elində doğulmuş şairə Güllər Pərisi (1790-1925) 135, Aşıq Ələsgərin təriflədiyi Güləndam 144 il ömür sürmüşdür. Uzunömürlülərin bəzilərinin hətta 100 və daha yuxarı yaşda da aktiv həyat keçirdikləri məlumdur. Məsələn, Səlcuq bəy təxminən 100 yaşlarında Səlcuq imperatorluğunun əsasını qoyub. V.Y.Bukreyev 107 yaşınadək Kiyev universitetində kafedraya rəhbərlik etmişdir.
Bəs bu məqalənin başlanğıcında sitat gətirilən fikir necə yaranmışdır? Bir dəfə Qədim Romada əhalinin orta hesabla 35 il yaşadığını iddia edən bir məqalə oxudum. Müəllif şəhərə içməli su xəttinin qurğuşun borularla çəkildiyini göstərir və nəticədə camaatın tədricən zəhərləndiyini bildirirdi. Doğrudan da, qurğuşunun suda həll olan istənilən birləşməsi zəhərlidir. Amma qəribədir ki, bir şəhərə aid olan problem niyə qlobal miqyasda ümumiləşdirilir? İkincisi də, həqiqətənmi, Qədim Romada əhali bu qədər az ömür sürürmüş?
İ.Həsənovun 1975-ci ildə nəşr edilmiş “Qədim Roma tarixi” dərsliyini hətta ötəri şəkildə vərəqləyəndə də başqa qənaət hasil olur. Həmin kitabdan bir neçə faktı misal gətirirəm: Adı bəlli ilk Roma şairi Livi Andronik m.ö. 272-ci ildə qul halına salınıb, bundan 68 il sonra –“ 204-cü ildə vəfat edib.
Roma senatı 96-cı ildə 70 yaşlı Mark Koksey Nervanı imperator elan edib. O, 2 il hökm sürüb.
İlk azad mənşəli Roma şairi Qney Nevi (m.ö.274-204), yazıçı Tit Maksi Plavt (m.ö. 254-184) və Kvint Enni (m.ö.239-169) 70 il yaşayıblar.
Faciənəvis Mark Pakuvi (m.ö.220-132) 88 yaşa çatıb və s.
89 il ömür sürmüş alim Mark Terensi Varron (m.ö. 116-27) elmlərin ensiklopediyasını yazıb.
100 yaşın özü də romalılar üçün elə bir möcüzə olmayıb. Qədim Romada 112 yaşında ölmüş bir adamın məzar daşının üstündə yazılıb: “O, yemək-içməyin qədərini bilirdi”.
Z.Qarayev və B.Г‡ərkəzovanın “Kimya və həyatın sirləri” kitabında (Bakı, 1983) “Tarixi məlumatlara görə, çox əvvəllər tam təbii yaşayış tərzi keçirdikdə, qidasını birbaşa təbiətin öz əlindən götürdükdə insanlar da çox, bir neçə yüz il yaşaya bilmişlər. …müasir insan əslində … öz-özünü vaxtından əvvəl məhv edir” (səh.65). Diqqət yetirin: Qədimlərdə ömrün indikindən həm az, həm də çox olması kimi bir-birinə zidd fikirlərin hər ikisini alimlər söyləyirlər. Hansı tərəfə inanmaq olar?
Dünya miqyasında tanınmış bəzi məşhur şəxslər iddia ediblər ki, insan ömrünü 300-400, hətta 1000 ilədək uzatmaq olar. Ancaq bunlar fantastik fikirlərdən başqa bir şey deyil. Sadə bir ziyalı kimi mənim qənaətim belədir: Tanrının insan üçün müəyyən etdiyi orta ömrü onu yaratdığı vaxtda nə qədər olubsa, indi də o qədərdir. Təki getdikcə artan zərərli təsirlər və kütləvi qırğın vasitələri onu qısaltmasın!
Oqtay Fərzəliyev,
Diyallı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Şərh Yaz