Erkən nikahlar

Erkən nikah 18 yaşına çatmamış oğlan və qızların bir yerdə yaşamasıdır. Bəzən ailə quranlar valideynlərin istəyi ilə məcbur edilməklə ailə qururlar. Bəzən isə erkən nikahları ailələrin maddi vəziyyəti ilə əlaqələndirirlər. Valideynlər qız yükü, duz yükü zərb məsəlinə uyğun hərəkət edirlər. Həqiqətən də qız uşağını ailədə əlavə yük kimi görürlər. Elə fikirləşirlər ki, qız uşağı böyüyəcək və valideynlərin başını aşağı salacaq hərəkətlər edəcək. Əslində bu fikirlər keçmişin qalıqları, qız uşağına qarşı formalaşmış və bir çox regionlarda oturuşmuş stereotipdən başqa bir şey deyildir. Erkən nikahlara görə məsuliyyəti ilk növbədə valideynlər daşıyırlar. Valideynlərin ilk işi, belə demək mümkünsə borcu övladlarına təhsil verməkdir. Bir çox ucqar kəndlərdə orta məktəblərin yuxarı siniflərində demək olar ki, qız uşaqları məktəbə gəlmirlər. Onlar nişanlıdırlar, ya da evdə oturaraq ev işləri ilə məşğul olmaqla ailə həyatına hazırlanırlar.Erkən nikahlar
Erkən nikah 18 yaşına çatmamış oğlan və qızların bir yerdə yaşamasıdır. Bəzən ailə quranlar valideynlərin istəyi ilə məcbur edilməklə ailə qururlar. Bəzən isə erkən nikahları ailələrin maddi vəziyyəti ilə əlaqələndirirlər. Valideynlər qız yükü, duz yükü zərb məsəlinə uyğun hərəkət edirlər. Həqiqətən də qız uşağını ailədə əlavə yük kimi görürlər. Elə fikirləşirlər ki, qız uşağı böyüyəcək və valideynlərin başını aşağı salacaq hərəkətlər edəcək. Əslində bu fikirlər keçmişin qalıqları, qız uşağına qarşı formalaşmış və bir çox regionlarda oturuşmuş stereotipdən başqa bir şey deyildir. Erkən nikahlara görə məsuliyyəti ilk növbədə valideynlər daşıyırlar. Valideynlərin ilk işi, belə demək mümkünsə borcu övladlarına təhsil verməkdir. Bir çox ucqar kəndlərdə orta məktəblərin yuxarı siniflərində demək olar ki, qız uşaqları məktəbə gəlmirlər. Erkən nikahlar  Onlar nişanlıdırlar, ya da evdə oturaraq ev işləri ilə məşğul olmaqla ailə həyatına hazırlanırlar. Yəni onların təhsil almalarına ciddi yanaşmırlar. Beləcə bu yaşda olan qızlar təhsildən yayınırlar. Belə olan halda heç orta məktəbi tam bitirməmiş savadsız bir ananın cəmiyyət üçün necə vətəndaş yetişdirəcəyi sual altında qalır. Valideynlərdən sonra isə məsuliyyət məktəb rəhbərlərinin üzərinə düşür. Qız uşaqları dərsə gəlməyəndə onlarla maraqlanmırlar, səbəbini araşdırmırlar. Erkən nikahlarda boşanmalar olan zaman da ən çox əziyyət çəkənlər qızlar, qadınlar olurlar. Onların nikah şəhadətnamələri olmadığına görə boşanan zaman onlara yaşadığı ailənin əmlakından pay düşmür. Г‡ox vaxt belə qadınlar ailələri və yaxınları tərəfindən də qəbul olunmur. Heç bir təhsili olmayan savadsız qadınlar təbii ki, iş tapmaqda da çətinlik çəkirlər. Belə olan halda əksəriyyəti qadın alverinin qurbanına çevrilirlər. Erkən nikahlar tibbi cəhətdən də düzgün hesab olunmur. Г‡ünki kiçik yaşlı qızlarda qadınlıq orqanları tam inkişaf etmədiyinə görə qüsurlu uşağın doğulmaq ehtimalı böyük olur. Göründüyü kimi erkən nikahların fəsadları çoxdur. Odur ki, valideynlərin ən vacib işlərindən biri də övladlarına – xüsusilə də qız uşaqlarına təhsil verməsidir. Belə olduğu təqdirdə gələcəkdə onun yetişdirəcəyi övladların da cəmiyyət üçün yararlı, savadlı insanlar olması böyük əminlik yaradır.
Qumru Abdullayeva

Şərh Yaz