Dağ çiçəkləri

Ustad

Böyük ustadımız Musa Yaqubun 80 illiyinə
Vaxt gəldi, səksəni bayram eylədin,
Təzə qismətinlə necəsən, ustad ?
“Yaxşı adamları qoruyaq”, – dedin,
Sən özün yaxşısan, ucasan, ustad.

“İki qəlbin işığında” yol getdin,
Özünə, sözünə bizi öyrətdin.
Xalqın ürəyində göyərdin, bitdin,
Misra-misra, heca-heca sən, ustad.

“Eləmədiklərin yandırdı” səni,
Könlün “Bir sim üstə” dindirdi səni,
Yadındamı: bir kol döndərdi səni,
İstəmədin burdan köçəsən, ustad?
Ustad
Böyük ustadımız Musa Yaqubun 80 illiyinə
Vaxt gəldi, səksəni bayram eylədin,
Təzə qismətinlə necəsən, ustad ?
“Yaxşı adamları qoruyaq”, – dedin,
Sən özün yaxşısan, ucasan, ustad.

“İki qəlbin işığında” yol getdin,
Özünə, sözünə bizi öyrətdin.
Xalqın ürəyində göyərdin, bitdin,
Misra-misra, heca-heca sən, ustad.

“Eləmədiklərin yandırdı” səni,
Könlün “Bir sim üstə” dindirdi səni,
Yadındamı: bir kol döndərdi səni,
İstəmədin burdan köçəsən, ustad?

Təbiət öyrətdi dilini sənə,
Verdi çiçəyini, gülünü sənə,
Bulağını sənə, selini sənə,
Arzundur: torpağı qucasan, ustad.

Səninlə açıldı “Dağ çiçəkləri“,
Al, götür, köksünə yığ çiçəkləri.
Qoruyub saxladıq sağ “çiçəkləri“
Qoyub getmişdinsə neçə sən, ustad.

… Yaz gəlsə də dağın başı göyərmir,
Könlün odu, gözün yaşı göyərmir.
“Bu dünyanın qara daşı” göyərmir,
Gərək ürəyini açasan, ustad.

Olsan da “yarı köz, yarı oduncaq“,
Yenə “o pərdədə” yanır “o ocaq“.
Sən şeirdə Musa adlı bir bulaq,
Hopduğun torpaqtək qocasan, ustad.

“Dövrün dəyirmanı“ susmaz sinəndə,
Azərbaycan adlı canın bədəndə,
Gün o gün olsun ki, doğma Vətəndə,
Beləcə, doxsanı keçəsən, ustad.
Nazir Ziya Talıstanlı

Kənardayam

Yerdə yerim heç olmayıb,
Asimandan kənardayam.
Get o yanda axtar məni,
Mən bu yandan kənardayam.

Aşkaram, yoxa dönmüşəm,
Yoxam, aşkar görünmüşəm.
Ruham, cana bürünmüşəm,
Amma candan kənardayam.

Г‡ölüm nədir, içim nədir?
İçim başqa biçimdədir.
Zaman mənim içimdədir,
Mən zamandan kənardayam.

Hakim, məhkum, divan mənəm,
Günah, savab, vicdan mənəm.
Həm gördüyün insan mənəm,
Həm insandan kənardayam.

Cəhənnəmi görəsiyəm,
Cənnətə də girəsiyəm.
Həm Sübhanın zərrəsiyəm,
Həm Sübhandan kənardayam.

Adətlərim –“ damarda qan,
Hədislərim –“ pətəkdə şan.
Öpdüyüm tək kitab “Quran”,
O “Quran”dan kənardayam.

Döşəməm bu, tavanım bu,
Günahım bu, divanım bu,
Adım budur, ünvanım bu,
Ad-ünvandan kənardayam.
Oqtay İsmayıllı

***
Açılıb qönçə gülüm; Gəldi baharım yenə də.
Lalə tək al geyinib sevgili yarım yenə də.

Süzdürüb gözlərini güllərə min tənə edir,
Şur ilə cilvələnir nazlı nigarım yenə də.

Həsrəti üzdü canı, gözləri şəhla gözəlin,
Könlümə hakim olub dərdü-qubarım yenə də.

Möhnəti-hicrə dayanmır ürəyim, sızlayıram,
Səslənir qəmlə kamanım, həm tarım yenə də.

Baxışın verdi, gülüm, qətlimə fərman; ölürəm,
Dolaşır yerləri ahım, göyü zarım yenə də.

Şəkəri-şəhdi-ləbin abi-həyatdır, gözəlim,
Qəlbimi eylə sirab, tazə nübarım, yenə də.

Versə də eşqin əzab, dərk edirəm nəş`əsini,
Romanam, “sevgi” sözü oldu şüarım yenə də.
Roman Səfərov

Gecə

Bir müəmmadı, sehirdi, sirrdi, sualdı gecə,
Danışdıran təbimi cazibədar laldı gecə.

Sükut sarayındayam, ay-ulduzdu çil-çırağım,
Bu ziyafətdə cahan var bə…cah-cəlaldı gecə.

Gah həzin xatirətək baş vurar olub keçənə,
Gah da bir nurlu sabahdan gələn xəyaldı gecə.

Bu nə sevdadı, vuruldum bu gecə mən gecəyə,
Hamı yatmış da məni tilsiminə saldı gecə.

Gətirib şura məni musiqisi sükunətin,
Könlümün eşq tarını Ramizanə çaldı gecə.

Şirin uyğum da sözüm yazılmazsa zəqqum olar,
Sözləri bənd eləsəm uyğusuz da baldı gecə.

Zaman ümmanə bərabərsə gecəm damcı kimi,
Qərq olan Tərlan ikən dəryalara daldı gecə.
Tərlan Saleh

Ölürmüş

Gəzdirir üz-gözündə karandaşı, qələmi,
Zalım qızı ləkədən, xaldan ötrü ölürmüş.
Boşuna alqışlayıb, tərifləyələr onu,
Saxta, bayağı sözdən, dildən ötrü ölürmüş.

Rədd etməyə başından, çıxartmaya beyindən,
Saxlaya qoltuğunda, ala, asa çiyindən.
Ətrindən ola məftun, bihuş ola iyindən,
Təmənnalı, tənəli, güldən ötrü ölürmüş.

Ömrün-yaşın o vaxtı, olmasa da zamanı,
Dizdən yuxarıyacan, gödək olur tumanı.
İstəməyir xaranı, geyə gəzə kətanı,
İpək üçün can verib, tüldən ötrü ölürmüş.
Tamam Nur Tağlabiyanlı

Yenə gecə düşür

Yenə gecə düşür, şam işığında,
Yanır ürəyimin pərvanələri.
Sevdikcə durulur bulanıq hisslər,
Anlaya bilirəm divanələri.

Yenə gecə düşür, dilim olur lal,
Gözlərim sığınır öz otağına.
Gəzir qaranlıqda qorxmadan xəyal,
Qonur yar qəlbinin söz otağına.

Yenə gecə düşür, darıxır ürək,
Kövrəlir, doluxur gözlər də səssiz.
Buluda bələnmiş günəş kimiyəm,
Parlaya bilmirəm, sevdiyim, sənsiz.

Yenə gecə düşür, bahar gecəsi,
Buzlardan su içən çiçəklər açıb.
Qapını bağlama, bir azdan gələr,
Yenə yuxularım gözümdən qaçıb.
Şəhla Ramazanqızı

Gedim mən

Alov ala-ala, köz tuta-tuta,
Gedim, uzaqlara, çıxım gedim mən.
Atım ürəyimdən ümidlərimi,
Bütün inamımı yıxım gedim mən.

Dağlara yol alım gözləsin məni,
Zirvəsi məskənim, izləsin məni.
Qayası naşıdan gizləsin məni,
Dönüm coşan çaya, axım gedim mən.

Mənim məhəbbətim dərin dəryadı,
Leylinin, Əslinin sevgi fəryadı.
Mən nisgil ocağı, qəmin səyyadı,
Elə öz-özümü yaxım gedim mən.

Allahdan yazılan qismətdi, neynim,
Sevinməz ürəyim, açılmaz eynim.
Həsrət köynəyini geyinib əynim,
Hicranın gözünə baxım gedim mən.

Xatirən könlümdə çiçək yığını,
Könlüm xəyalını anır, sığınır.
Sənsiz keçən ömrün ayrılığını,
Bağrımın başına sıxım, gedim mən.
Xatın

Qayıt gəl

Ayrılıq yorub məni,
Əyib, sındırıb məni.
Yolunda durub səni,
Gözləyirəm, qayıt gəl.

Tək-tənhayam həyatda,
Mən piyada, sən atda.
Bu zülmətdə, sükutda
Səsləyirəm, qayıt gəl.

Surətin mələk kimi,
Hamıdan göyçək kimi,
Eşqimi çiçək kimi
Bəsləyirəm, qayıt gəl.

Nə söndürər o odu?
Əgər sevgisə adı.
Yaz yağışlı buludu
İzləyirəm, qayıt gəl.

Ötdü ömrün karvanı,
Tərk edirəm dünyanı.
Sinəmdə bir oğlanı
Gizləyirəm, qayıt gəl.
Cəbrayıl Hüseyn

Sevdim

Möcüzə yaranmış ana təbiət,
Gördüyüm hikməti, mənanı sevdim,
Varmış ürəyimdə belə bir adət,
Təbiət adlanan ananı sevdim.

Göyün damarından süzülür yağış,
Süzülür könlümə hey naxış-naxış,
Şükür yaradana, varlığa alqış,
Hikməti duyanı, sananı sevdim.

Torpağın köksündən baxır gözəllik,
İldırım şığıyıb çaxır gözəllik,
Duyğumun selində axır gözəllik,
Gözəllik donunda sonanı sevdim.

Xəfif əsən külək həzin nəğmə tək,
Könüldə yaradır bir yeni istək,
Gül üstə oxuyur bax, ürkək-ürkək,
Bülbülün halına yananı sevdim.

Dünyamın içində təzə dünyadı,
Mehri ülfətində sirli röyadı,
Gözəl təbiətə bağlanıb adı,
Sirli hikmətini qananı sevdim.
Mehriban İbrahimova

Onu çoxdan unutmuşam

Nə danışım ondan sənə,
Layiq deyilmiş heç mənə.
Əmin oldum dönə-dönə,
Onu çoxdan unutmuşam.

Məhəbbəti yalan oldu,
Dərdi mənə qalan oldu.
Bitdi, daha olan oldu,
Onu çoxdan unutmuşam.

Amma bir gün anlayacaq,
Öz-özünü danlayacaq.
Bəlkə məni anmayacaq,
Onu çoxdan unutmuşam.
Elnarə Günəş

Dayanmıram

Danışmağa sözüm qalıb,
Alışmağa közüm qalıb,
Г‡oxum gedib, azım qalıb,
Nəyəmsə onu danmıram.

Öz çiynimdə qəm daşıyam,
Kədərimin həmyaşıyam,
Taleyimin göz yaşıyam,
Bu halımdan usanmıram.

Dansa dövran, zaman məni,
Bürüsə çən-duman məni,
Dərd yandırar yaman məni,
Gün varmı ki, mən yanmıram.

Bir ovucluq külüm qalsa,
Mənə əzab, zülüm qalsa,
Könlümdə min gülüm qalsa,
Baharıma inanmıram.

Ötdü günlər hay-harayla,
Daha məni qəm haraylar.
Gedir mənlə illər, aylar,
Mən yolumdan dayanmıram.
Gülxar Cəbiqızı

Nəvəm baba olmaq üçün

Ömür keçir yavaş-yavaş,
Zaman üstə zaman gəlir.
Dünənki gün olur yaddaş,
Sabaha da güman gəlir…

Qocaldıqca qocalığım
Neçə qərar verir mənə.
Ucalıram, ucalığım
Bir ixtiyar verir mənə.

Amma hərdən düşünürəm,
Mən ixtiyar yaşındayam.
Düşündükcə üşünürəm,
Bəlkə yolun başındayam?

Nə tez ötüb getdi illər,
Sanki dünən doğulmuşam.
Bir andaca itdi illər,
Nə tez mən baba olmuşam.

Uşaq idim, yadımdadı:
Г‡ox sevərdi babam məni.
İndi nəvəm yanımdadı,
Mənəm sevən bu nəvəni.

… Daha quştək uçmalıyam,
Gəlməmişəm qalmaq üçün.
Axı, mən də köçməliyəm,
Nəvəm baba olmaq üçün.
Mirəli İsmayıllı

***
Bu da bir sınaqdı, heç olmayaydı,
Səninlə bu həyat elə gözəldi.
Anla, xoşbəxtliyin ömrü qısaydı,
Eşqimiz, bəlkə də tez gözə gəldi.

Bu da bir sınaqdı heç olmayaydı,
Ömrümün hər anı qırıq-qırıqdı.
Keçmir, yox acısı günlərin daha.
Bizi də, tez yıxan o ayrılıqdı,
Olmadı, getməsin acıq Allaha.
Alik Dənizsevər

Bəxt olaydım
Sevinc məndən kənar qaçıb,
Dərd çəkirəm baxa-baxa.
Göz yaşlarım selə dönüb,
Ürəyimə axa-axa.

İçimdə dərdlə boy atdım,
Dünyanı rəngə boyatdım.
Göylərdə bir bəxt oyatdım,
Ulduzlara baxa-baxa.

Bu dünyadan küsmürəm ki …
Ümidimi üzmürəm ki …
Xoşbəxtliyi gəzmirəm ki…
Özü gəlib çıxa, çıxa.
Gülsüm Maisqızı

Sən olmadın
Günlər keçdi, ay dolandı, il oldu,
Toxum bitdi, pöhrə qalxdı, gül oldu,
Yağış yağdı, çaylar daşdı, sel oldu,
Zaman keçdi, həsrət artdı canımda,
Hər kəs oldu, sən olmadın yanımda.

Başım üstə Ay dolandı gecələr,
Sənsiz mənə bomboş oldu küçələr.
Mən nələr yaşadım, eh, nələr, nələr…
Döyünsən də ürəyimdə, qanımda,
Hər kəs oldu, sən olmadın yanımda.

Yaxın ikən damarımda qan kimi,
Doğma ikən, şirin ikən can kimi.
Ən dəyərli, ən müqəddəs an kimi…
Zəhər oldu mənə şirin anım da,
Hər kəs oldu, sən olmadın yanımda.
Məhəbbət Məcnun

Muğayat olun siz qız balalardan

Atalar, analar, Allah eşqinə,
Muğayat olun siz qız balalardan.
Ömür bağçanızın qönçələrini
Qoruyun küləkdən, şaxtadan, qardan.
Muğayat olun siz qız balalardan.

Hərəsi bir qəlbin məhəbbətidir,
Hərəsi bir evin səadətidir.
Tanrının lütfüdür, səxavətidir,
Muğayat olun siz qız balalardan.

Deyirlər qız yükü yüküdür duzun,
Görər bəhrəsini çəkənlər nazın.
Beş oğul yerini verməz bir qızın,
Muğayat olun siz qız balalardan.

Oğul, qız fərqi yox, övlad noğuldur,
Yaradan nə versəŞ bizə qəbuldur.
Oğul harda olsa, yenə oğuldur,
Muğayat olun siz qız balalardan.

Xəyal, qız olacaq yanan oduna –“
Atasın, anasın salan yadına.
Muğayat olun siz qız balalardan.
Muğayat olun siz qız balalardan.
Xəyal Orucov

Şərh Yaz