Əməkdar müəllimin yubileyi keçirilib

Əməkdar müəllimin yubileyi keçirilib
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Əməkdar müəllim, ömrünü elmə, təhsilə həsr etmiş, neçə-neçə görkəmli şəxsiyyətin yetişdirilməsində əməyi olan, sadə və təvazökar ziyalının – İzhar Kazımovun 70 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, RTŞ-nin aparıcı məsləhətçi, Əməkdar müəllim Şəfaqət Rəsulov, təqaüdə çıxmış müəllimlər, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Yubiliyarın dərs dediyi şagirdlərin hazırladıqları kompozisiyalar səsələndirildikdən sonra qonaqlar ürək sözlərini söyləyiblər. İsmayıllı RTŞ-i və məktəb rəhbərliyi tərəfindən İ.Kazımova Fəxri fərmanlar təqdim edilib. Г‡ay süfrəsindən sonra xatirə şəkli çəkilib.
“İsmayıllı xəbərləri” qəzetinin redaksiya heyəti və oxucuları adından da İzhar müəllimi bir daha təbrik edir, ona uzun ömür, can sağlığı arzu edirik.
Əməkdar müəllimin yubileyi keçirilib      İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində Əməkdar müəllim, ömrünü elmə, təhsilə həsr etmiş, neçə-neçə görkəmli şəxsiyyətin yetişdirilməsində əməyi olan, sadə və təvazökar ziyalının – İzhar Kazımovun 70 illik yubiley tədbiri keçirilib.

Şərh Yaz