Əhalinin məşğulluğu dövlətin diqqət mərkəzindədir

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 27 aprel 2017-ci il tarixdə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçirilib. Əhalinin məşğulluğu dövlətin diqqət mərkəzindədir    Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri və sahibkarlar iştirak edib. Mərkəzin direktoru Həsən Həsənov müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsindən, bu sahədə mövcud olan problemlərdən, problemlərin həlli yollarından və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi sahəsində qarşıda duran vəzifələrindən söz açıb. O bildirib ki, ölkəmizdə məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Bu siyasətin yerlərdə icrası bilavasitə məşğulluq xidməti orqanlarının üzərinə düşür.
İşaxtaran və işsiz vətəndaşların, xüsusi ilə gənclərin layiqli işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də hər il təşkil olunaraq keçirilən əmək yarmarkalarıdır.
Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi Qadir Abduləzizov çıxış edərək, Məşğulluq Mərkəzi tərəfindən həyata keçirilən “Əmək yarmarkası”nın fəal əmək bazarı siyasəti olduğunu qeyd edib, sosial tərəfdaşların bu işdə Mərkəzlə əlaqələrindən danışıb.
Mövzu ətrafında çıxış edən Rayon Mərkəzi Xəstəxanasının kadrlar şöbəsinin müdiri Rəhilə Həmidova, 7 saylı Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin nümayəndəsi Təyyar Pənahov, “İnşaatçı-86” MMC-nin direktoru İmran Musayev və “Nial Construction” MMC-nin direktoru Seyfəli Qasımov mövzunun aktuallığından, məşğulluq sahəsindəki problemlərdən danışıb və bu problemlərin həlli yolları barəsində tədbir iştirakçılarına öz fikirlərini söyləyiblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
E.Qasımova

Şərh Yaz