Altıncı kitabın təqdimatı

Aprel ayının 25-də İsmayıllı rayon MKS-nin xidmət şöbəsinin oxu zalında, şair, Prezitent təqaüdçüsü Elsevər Məsimin altıncı – “Yaza bilmədiyim nəğmə” kitabinin təqdimatı keçirildi.
Tədbirdə kitabxana işçiləri, müəllimlər və fəal oxucular iştirak edirdilər. Tədbiri giriş sözü ilə kitabxananını direktoru Ələddin Ələkbərov açaraq tədbir iştirakçılarını salamladı. Sonra söz kitabxananın işçisi Turanə Əzizovaya verildi. O, E.Məsimin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Altıncı kitabın təqdimatı   Tədbirdə Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva, Mollaisaqlı və Hacıhətəmli kənd tam orta məktəbinin müəllimləri – İldırım Məsim, Aygün Qasımova, Şakir Abdullayev, şair Tərlan Saleh, Şahməmməd Dağlaroğlu, şairə Mehriban İbrahimova, mədəniyyət işçisi Təhmiraz Bayramov çıxış edərək şairin özü və yaradıcılığı haqqında fikirlərini söylədilər.
Tədbirdə “Niyal“ xalq çalğı alətləri ansambılının solisti, “Tərəqqi” medallı müğənni Sahibə Abdullayevanın çıxışı və tarın müşayiəti ilə oxuduğu mahnı tədbirə xüsusi rəng qatdı.
Mollaisaqlı kənd tam orta məktəbinin şagirdləri və kitabxananın fəal oxucuları Elsevər Məsimin şeirlərindən parçalar səsləndirdilər.
Tədbirin sonunda müəllif təqdimatın keçirilməsində zəhməti olanlara və iştirakçılara təşəkkür edərək oxuculara kitablarını hədiyyə etdi.
Şükufə Səmədova

Şərh Yaz