Zərərli vərdişlərdən uzaq olaq

Xankənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin şagirdləri, kənd camaatı iştirak edib.  Zərərli vərdişlərdən uzaq olaq      Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rauf Adıgözəlov narkomaniyanın mənfi təsirlərindən ətraflı danışıb, zərərli vərdişlərdən uzaq durmağın şagirdlərə aşılanması yolları barədə fikirlərini səsləndirib. O, zərərli vərdişlərdən uzaq durma ilə bağlı aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini açıqlayıb, bu işdə müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkomaniya və digər zərərəli vərdişlərlə mübarizədən ətraflı bəhs edərək, aparılan mübarizə yolları ilə yanaşı maarifləndirmə işlərinin zəruriliyini ifadə ediblər.
Sonda zərərli vərdişlərlə mübarizə yolları ilə bağlı tədbir iştirakçılarının təklif və rəyləri dinlənilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz