Ulu öndər şeirlərlə anılıb

5 may 2017-ci il tarixdə İsmayıllı Rayon Gənclər Mərkəzində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin Rayon Təhsil Şöbəsi ilə birgə təşkil etdiyi IX-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şeir müsabiqəsi keçirilib.Ulu öndər şeirlərlə anılıb              Tədbiri İsmayıllı rayon Gİİ-nin baş məsləhətçisi, gənc şairə Şəhla Ramazanqızı açıb. İştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Ulu öndərin həyatı və fəaliyyəti haqqında məlumat verib. Sonra isə “Dahi şəxsiyyət” adlı sənədli film nümayiş etdirilib.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev tədbirdə çıxış edib. O, iştirakçılara müsabiqənin qayda və şərtləri barədə izahat verib.
Müsabiqədə bir-birindən maraqlı və məzmunlu şeirlər səsləndirilib.
Münsiflərin yekun qərarını Uşaq Yaradıcılığı Mərkəzinin direktoru Xalıq Xalıqov səsləndirib. Qərara əsasən I yeri İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Günay Nuriyeva, II yeri İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinin X sinif şagirdi Səidə Həsənova, III yeri isə Talıstan kənd tam orta məktəbinin IX sinif şagirdi Gülzar Novruzova tutub.
Qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Rəna Mirzəliyeva

Şərh Yaz