Alimin xatirəsinə riyaziyyat gecəsi keçirilib

13 may 2017-ci il tarixində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi Şəfəq Bayramovanın təşkilatçılığı ilə riyaziyyatçı alim İsrayıl Həsənovun 105 illik yubileyinə həsr olunmuş “Riyaziyyat gecəsi” keçirilib. Alimin xatirəsinə riyaziyyat gecəsi keçirilib             Gecədə alimin oğlu Tibb Universitetinin dosenti Rəhim Həsənov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlarİttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, RTŞ-nin aparıcı məsləhətçi Şəfaqət Rəsulov, metod kabinetin müdiri Hümbət Əsədov, metodistlər Vəfa Ağayeva, Sevda İsmayılova, İ.Həsənovun qızı, məktəbin riyaziyyat müəllimi Ziba Həsənova, məktəb rəhbərliyi, müəllimlər digər məktəblərdən dəvət olunmuş riyaziyyat müəllimləri, valideyn və şagirdlər iştirak ediblər.
İ.Həsənovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Əməkdar müəllim İzhar Kazımov İ.Həsənovun həyat və yaradıcılığı haqqında məlumat verib, slaydlar izlənilib. Sonra şagirdlər öz bacarıqlarını nümayiş etdirərək riyaziyyata aid biri-birindən maraqlı, müxtəlif şeir və səhnəciklər nümayiş etdiriblər.
Sonda qonaqlar ürək sözləriniaçıqlayıblar. Şəfəq Bayramovaya tədbirin təşkilatçılığına görə İsmayıllı Rayon Təhsil Şöbəsinin Fəxri fərmanı təqdim edilib, xatirə şəkilləri çəkilib.
Gündüz Qədirov,
İ.Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin direktoru

Şərh Yaz