Bayrama həsr olunmuş intellekt oyunu

İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi (Gİİ) və Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Breyn-rinq” intelllektual oyunu üzrə rayon birinciliyi keçirilib. Bayrama həsr olunmuş intellekt oyunu
Tədbiri Gİİ-nin əməkdaşı Şəhla Qafarova açıb. İştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. İsmayıllı RTŞ-nin metodisti Rəna Mirzəliyeva iştirakçıları salamlayıb, onlara uğurlar arzulayıb.
Birincilikdə İsmayıllı şəhər 1-7 nömrəli, Talıstan, Cülyan, Diyallı və Təzəkənd kənd tam orta məktbəblərinin komandaları iştirak edib.
Gərgin intellekt sınağından sonra Diyallı məktəbi III, Cülyan məktəbi II və şəhər 6 nömrəli tam orta məktəbinin komandası I yeri tutub. Qalib komandaların üzvlərinə İsmayıllı Gİİ-nin Diplom və qiymətli hədiyyələri verilib.
Xəyyam Məmmədov,
İsmayıllı rayon Gİİ-nin əməkdaşı

Şərh Yaz