Ömür yolu tək keçilməz

Bu yazı 40 ildən artıq Talıstan kənd tam orta məktəbində riyaziyyatı fənnini peşəkarcasına tədris etmiş, şagirdlərinin, kənd camaatının və çalışdığı kollektivin böyük hörmətini qazanmış, bu günlərdə 65 yaşı tamam olan Yusifova Nəhayət Qafar qızı haqqındadır. Bu yazı ilə ona pedaqoji kollektivimizin böyük hörmət və ehtiramını bildirmək istədim. Ömür yolu tək keçilməz                     Г‡ox çalışdım ki, fikirlərimi yalnız onun üzərində cəmləyim, onun işindən danışım, bacarmadım. Orta məktəbdə oxuyarkən mən onu məktəbin qapısından ilk dəfə ömür-gün yoldaşı İmran müəllimlə qoşa girən görmüşdüm. Bu cütlük saf məhəbbət simvolu kimi görənlərin diqqətini çəkir, insana sevgi dolu bir həyat, xoş ovqat bəxş edirdi. Zahiri görünüş və daxili aləmləri ilə bu cütlük kəndin gəncləri, ailə quranları üçün bir nümunə oldu. 10 il bundan əvvəl isə vaxtsız dediyimiz əcəl bu xoşbəxt cütlüyün qapısını döydü–¦
Əzəldən dünyanın vəfası budur,
Yaradır, bəzəyir, dağıdır, qurur.
İnsana məhəbbət, səadət verir,
Sonrada hər şeyə nəhayət verir.
Elə bil həsəd aparılan cütlüklərin xoşbəxtliyi uzun sürmür. 1952-ci ildə Şəkidə riyaziyyatçı kimi tanınan Qafar müəllimin ailəsində 5-ci qız övladı dünyaya gəlir. Adını Nəhayət qoyurlar. Nəhayət Nazilə ana, Qafar ata üçün çox əziz övlad oldu. Sonbeşik olduğundan, ailədəki yeganə oğul övladı Yusifin ölümündən sonra valideynləri bütün sevgilərini Nəhayətə yönəltdilər.
Nəhayət orta məktəbi bitirib sənədlərini o vaxtkı APİ-yə verdi (indiki N.Tusi adına APU) və riyaziyyat fakultəsinə qəbul oldu. Nəhayətin sonrakı ömür yolu da elə burda dəyişdi. O, sonradan ömür-gün yoldaşı olacaq İmranla bir qrupda təhsil aldı.
İmran Hacıyev 1951-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində sadə, əməksevər, sayılıb seçilən bir ailədə, İmam dayı ilə Şahbikə xalanın ocağında dünyaya gəldi. Uşaq kimi sevildi, məktəbli kimi oxudu, tələbə kimi ali təhsil aldı. Bu yaraşıqlı, baməzə oğlanın qismətinə Azərbaycanın Qobrovosu sayılan, gülüş diyarı Şəkidən evlənmək düşdü.
İmran illər boyu xəyalı ilə yaşadığı gözəli tələbəlik illərində – həyatda tapmışdı. Sevgi dolu ürəyini Nəhayətə açanda qız valideynlərinin onu başqa bir rayona verəcəklərinə inanmırdı. Fikirləşirdi ki, qardaşının itkisindən sonra onu gözlərinin önündən qirağa qoymazlar. Uzaqgörən valideynlər bu izdivaca razılıq verir. Təhsil illəri başa çatır. İmran institutu fərqlənmə diplomu ilə bitirir. Ailə qurulandan Şəki ilə Talıstan arasında bir yol yaranır.
Ömür-gün yoldaşı varsa, ömür yolu tək keçilməz. Bu böyük sevgidən bir cüt oğul dünyaya gəldi –“ İnam və Anar. İmran müəllim 1976-1977-ci illərdə Talıstan kənd orta məktəbində direktor işlədi . Sonra kənd sovet sədri vəzifəsində çalışdı. Sonra yenidən Talıstan kənd orta məktəbində riyaziyyatın sirlərini şagirdlərə öyrətdi. İmran müəllim savadı, sadəliyi, səmimiyyəti onu tanıyanların sevimlisi etmişdi. Hələ gənc vaxtından ağıllı məsləhətləri müəllimllərin, ondan məsləhət alanların köməyinə çatırdı. Həhayət müəllim də ömür gün yoldaşından çox şeylər öyrəndi, kənd sakinlərinin, şagirdlərinin və müəllim yoldaşların sevimlisi oldu. Kollektivdə hər kəsin ona böyük hörməti var, hər kəs onun haqqında yüksək fikirdədir.
Aydın Əzizov –“ məktəbin direktoru:
– Biz eyni illərdə, eyni ali məktəbdə təhsil almışıq. Hələ o zaman İmranla Nəhayətin gözəl ailə sahibi olacaqlarına inanırdım. Belə də oldu.
Gülnaz Abduləzizova – Azərbaycan dili və ədəbiyyatı müəllimi:
– İşlədiyimiz gündən onu çox savadlı, səmimi, həm də güclü yumor hissi olan bir insan kimi tanımışam.
Pakizə Məhərrəmova – coğrafiya müəllimi:
– Onun tək savadından deyil, həm də ağıllı fikirlərindən hər kəs bəhrələnib.
Sevgi dolu günlər yaşayaraq ciyərparələri İnam və Anarı böyütdülər. İmran müəllim övladlarından ötrü canını verərdi. Amma onlardan tez ayrıldı… Övladlarının hər ikisi Universiteti başa vurdu. Hazırda İnam “Səs” qəzetində menecer, Anar isə Neft şirkətində çalışır.
2007-ci il aprelin 5-də, 56 yaşında hamını sarsıtdı İmran müəllim. Düz on ildir ki, ömür-gün yoldaşının və balalarının, doğmalarının gözü onu axtarır…
İmran müəllim çox sadiq və vəfalı insan idi. O, Nəhayətə: Səni heç vaxt tək qoymayacağam!- demişdi. İndi ailədə 2 oğul, 2 gəlin, 4 nəvə var. Nəvələrindən ən kiçiyi babasının adını daşıyır. İnanırıq ki, İmran babası kimi o da sevilən, hörmətli insan olacaq.
Qəbrin nurla dolsun, İmran müəllim. Sənin yoxluğun çalışdığın kollektivdə hər kəsi bu gün də kədərləndirir. Г‡ox onillər keçəcək, sən həmişə hörmətlə yad ediləcək, sevgi ilə anılacaqsan!
Nəhayət müəllim, Musa Yaqub ana ömrünü əbəs yerə “İki ömrün cəfasını çəkərək, həsrət yükü daşıyan bir ömürdür” adlandırmayıb. Tanrı sənə bol dözüm, səbr versin. İmran müəllimin nəvələrinə göstərə bilmədiyi nəvazişi sən doyunca çatdıra biləsən.
Qədim Şəkinin Azərbaycan ədəbiyyatına bəxş etdiyi böyük şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını yəqin ki, sən gözəl bilirsən:
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm.
65 yaşın mübarək!100 yaşa çatmağını arzulayırıq. Sən tək qalmayacaqsan. Sənin biliyinə, ağıllı məsləhətlərinə hələ çox ehtiyacımız var.
İradə Hüseynova,
Talıstan kənd tam orta məktəbinin müəllimi

Şərh Yaz