Qadın hikmətindən söz açılıb

İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Zahir Məlikov əlamətdar gün münasibətilə qadın müəllimələri təbrik edib, ölkənin ictimai-siyasi həyatında qadınların rolundan danışıb.
Qadın hikmətindən söz açılıb
Bildirib ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət qadın siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, hüquqi dövlət quruculuğunda və ictimai həyatda qadınların fəal iştirakına, onların dövlət idarəçiliyində geniş təmsil olunmasına hər cür şərait yaradılıb. O, həmçinin qeyd edib ki, Respublikamızın hərtərəfli tərəqqisində çoxşaxəli səmərəli xidmətləri ilə cəmiyyətimizdə və beynəlxalq aləmdə yüksək nüfuz qazanmış Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın bu yaxınlarda ölkəmizdə ilk dəfə təsis edilmiş Birinci vitse-prezident vəzifəsinə təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusunun təzahürüdür.
Daha sonra çıxış edənlər də ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayıblar. Bayram münasibətilə kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim olunub.
Elnarə Günəş

Şərh Yaz