Mütəxəssis rəyi: Düşünmək lazımdır

Son günlərdə məni çox narahat edən bir məsələyə toxunmaq istəyirəm.
Uşaqlarda gündəllikrast gəldiyim davranışlar, muşahidələrim, valideynlərlə söhbətim əsasında uşaqların fərdi inkişafına çox böyük əngəllər yaradan və hətta, psixoloji ciddi problemlər yaradan -SERIALLAR!!! Əziz analar, müraciətim sizədir. Mütəxəssis  rəyi: Düşünmək lazımdır     Onlarla bərabər bu serialları izləmək bilmədən övladlarıniza vurduğunuz zərər- sizi onların yaşı irəlilədikcə çox ciddi problemlərlə üz-üzə qoyacaq.
3 yaşadək uşaqlar ümumiyyətlə televiziya izləməkdən qorunmalıdırlar, 3-6 yaş arası ümumi televizor, telefon və tablet izləməyə 20-30 dəqiqə izn verilir ki, bu zaman serial izləmək qəti qadağandır – çünki o yaş arası uşaqlar təqlid edərək öyrənirlər, bu zaman izlədiyinin təqlidindən başqa heç nə qazanmazlar. Bu yaşda serialda görülən şiddət, yalan, zorakılıq model olaraq qəbul edilir və buna görə də izlənməməlidir.
6-9 yaş arası uşaqlar 40-50 dəqiqə televizor və ya kompyuterdən istifadə edə bilər ki, bu zaman seriallarda olan şiddət, təcavüz, silah və hər tərəfin al qan içində olaraq izləməsi ciddi psixoloji travmalara gətirib çıxara bilər.Və hər an beynində belə bir sualla qarşı-qarşıya qala bilər – ”Bu mənim başıma gələ bilərmi?”
9-12 yaş arası uşaqlar 60-70 dəqiqə izləmə vaxtı ala bilərlər ki, bu yaş aralığında “yaxşı uşaq” fikri yarandığı və motivasiya ilə bağlı bir şeylər izləməsi məsləhətdir.Heç təsadüfi deyil ki, bu yaş aralığında uşaqlar daha çox reklam və seriallardakı “replik” və zarafatları dialoqlarında istifadə edirlər.
12 yaşdan sonra 120 dəqiqə izləmə vaxtı qazanılır ki, o zaman da seriallardan sonra daha çox depressiv durumlar, sevgili dəyismə, ayrılıqları ağır qarşılama, valideynlə dialoqa girməmək, daha çox qapalı məkanlarda zaman keçirmək kimi nəticələrə gətirib çıxarır.
Bütün bunları nəzərə alaraq bir düşünün – Uşaqlar özləri üçün qərar verə bimədikləri, doğrunu və yanlışı zamanla sizin köməyinizlə öyrəndikləri üçün “seriallar” və onların ağır nəticələrindən övladlarınızı qorumaq sizin payınıza düşür.Onlarla maraqlı kəlimə oyunları ilə bərabər kitaboxuma, nağıl filmlər izləmək, izlədikdən sonra bərabər müzakirə onların fikir ifadə etmə qabiliyyətini və sizə olan bağlılığını daha da artıracaq. Unutmayın. Uşaqlar bizim gələcəyimizdir! Onların gələcəyi isə onlar üçün sizin zamanında verdiyıniz doğru qərarlardan asılıdır.
Aytəkin Əsgərova

Şərh Yaz