Asudə vaxtın səmərəli təşkili

9 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində “Gənclərin asudə vaxtının səmərəli təşkili” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, MKS-nin işçiləri, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri və şəhər məktəblərinin yuxarı sinif şagirdləri iştirak edib.
Asudə vaxtın səmərəli təşkili               Tədbiri giriş sözü ilə kitabxananın müdiri Rəna Süleymanova açaraq bildirdi ki, kitabxana müxtəlif yaş qrupları üzrə oxuculara xidmət edir. Bu qruplara I-IV, V-VIII, IX- XI sinif şagirdləri, kollecin tələbələri daxildir.
Kitabxananın kollektivi öz oxucularının asudə vaxtının səmərəli keçməsini həm oxuculara kitabla xidmət işi, həm də müxtəlif kütləvi tədbirlərin keçirilməsi yolu ilə həll edir. Belə tədbirlərdən biri də həmin gün təşkil edilmiş konsert olub.
Konsertdə fəal gənclər ifaları ilə tamaşaçıların könlünü oxşayıblar. Hər çıxışdan sonra ucalan alqış səsləri ifaçıları ruhlandırıb.
Tədbirin sonunda RİH-in məsul işçisi X.Abbasov çıxış edərək bildirib ki, keçirilən tədbir tərbiyəvi əhəmiyyətə malikdir. Arzu edərdik ki, belə tədbirlərin sayı daha çox olsun.
Sonda dinləyicilər tədbirin hazırlanmasında əməyi olanlara – kitabxananın işçisi Ziya Əlizadəyə və konsertin bədii rəhbəri Zəka Babazadəyə təşəkkürlərini bildiriblər.
Elnarə Qasımova

Şərh Yaz