Mövzu ərzaq təhlikəsizliyi olub

Yanvarın 13-də Heydər Əliyev Mərkəzində “Gənclərin Tövhəsi” ictimai birliyinin “Gənclər qida terroruna yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə səhiyyə, təhsil işçiləri, məktəbəqədər təhsil müəssisəsinin rəhbərləri, GEM-nin işçiləri, təhsil müəssisələrinin bufetlərində çalışan işçilər iştirak ediblər.Mövzu ərzaq təhlikəsizliyi olub    Maarifləndirmə tədbirini giriş sözü ilə RİH başçısı aparatının İctimai-siyası və humanitar məsələlər şöbəsi müdirinin müavini Murad Məhərrəmov açlb və insan üçün qidanın keyfiyyətli tərkibinin nə dərəcədə əhəmiyyətli olduğunu və bugünkü mövzunun aktuallığını diqqətə çatdırıb.
İctimai birliyin sədri Asim Vəliyev dünyada çeşidli bitki növlərinin və canlı orqanizmlərin qida kimi qəbul edildiyini bildirib. O, bu gün təhlükəli qida prosesinin baş verdiyini və ərzaq təhlükəsizliyi uğrunda mübarizə tədbirlərinin həyata keçirildiyini söyləyib.
Birliyin Beynəlxalq dərəcəli ekspert və təlimçisi Gülay Manafova məruzə ilə çıxış edib və qida təhlükəsizliyinin müxtəlif istiqamətləri barədə məlumat verib.
Tədbir diskusiya xarakterli olub. Suallar ətrafında müzakirələr aparılıb. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz