Biliklər sınağa çəkildi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 dekabr 2016 ci il tarixli 862 nömrəli əmri ilə bağlı Məktəblilərin fənn olumpiyadalarının təşkili və keçirilməsi Qaydalarına uyğun olaraq RTŞ-nin 5 yanvar 2017-ci il tarixli 3 nömrəli əmri ilə təşkilat komitəsi yaradılmış, müvafiq işlər görülmüsdür. Tədbirlər planına uyğun olaraq 15 yanvar 2017-ci il tarixdə şəhər 2 nömrəli tam orta məktəbində dil-ədəbiyyat və tarix, şəhər 3 nömrəli məktəb-liseydə isə xarici dil istisna olmaqla qalan fənlər üzrə olimpiyadaların rayon mərhələsi keçirilmişdir.Biliklər sınağa çəkildi    Olimpiyadaların keçirilməsində məqsəd keyfiyyətli təhsil almaq, biliklərə maraq artırmaq və özünə inam hissini gücləndirmək, ayrı-ayrı fənler üzrə istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənmələri aşkar etməklə, onların potensial imkanlarınnn inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanmasına zəmin yaratmaqdan ibarətdir
Olimpiyadanın rayon mərhələsində 500 nəfərdən artıq istedadlı şagird iştirak etmişdir.
Rəna Mirzəliyeva

Şərh Yaz