Qışda qidalanmağın qızıl qaydaları

Əməl edin və sağlam qalın
Fəallığın azalması, mürgülü vəziyyət, əzginlik, daima nəsə şirin bir şey yemək və yaxud, isti vanna qəbul etmək istəyi–¦ Bütün bunlar bioloji yaşam dövründə payız-qış simptomlarıdır. Diyetoloqlar sözügedən vəziyyəti təbii hesab edirlər. Onların sözlərinə görə soyuqların düşməsi, günlərin qısalması, ultra bənövşəyi şüaların miqdarının azalması maddələr mübadiləsini zəiflədir. Nəticədə pozitiv ovqata müsbət təsir edən serotonin hormonunun ifrazını zəiflədir. Məhz buna görədir ki, ümumi fəallığın və iş qabiliyyətinin səviyyəsinin azalması təəccüblü sayılmır.
Qışda qidalanmağın qızıl qaydaları
Qışda qidalanmağın qızıl qaydaları
Qışda qidalanmağın qızıl qaydaları    Təbiətin əksinə getmək olmaz. Qarşıda bizi azı 4-5 ay soyuq havalar gözləyir. Ekspertlər əmindilər ki, əgər savadlı şəkildə qidalanıb, orqanizmimizə “qış enerjisi” versək, 3-4 həftədən sonra buna uğurla adaptasiya olacaq, özümüzü əla hiss edəcəyik. Odur ki, ilk növbədə gündəlik qida rasionumuzu qış dövrünə uyğun qurmalıyıq.
Qış dövründə sərfəli qidalanmanın isə qızıl qaydaları var:
Birinci qayda: Qidanın kalorililiyini və “enerji tutumu”nu artırmaq. Bunun üçün ilk növbədə vurğunu “ağır zülalların” üzərinə gətirməliyik, yəni ətin, balığın və quş ətinin.
Əgər biz yayda bunlarsız əla ötüşə biliriksə, qışda zülalsız qalsaq immunitetimiz ölər. Deyilən zülallar orqanizmimizə qəbul olunmursa, onda lazımi miqdarda immun hüceyrələr yarana bilmir. Həftədə 2-3 dəfə mütləq balıq yeyin. Həmçinin, qida rasionunda dana və quş ətinə yer ayırın.
Hər gün 1-2 stəkan süd, qatıq və digər ağartı məhsullarından da istifadə etmək pis olmaz. Nəzərə alsaq ki, orqanizmə vitamin lazımdır, onda kələmi, brokolini, cır kökü, yer armudunu, balqabağı, turpu, çuğunduru, kökü, baş soğanı və kartofu yaddan çıxartmayın. Onlar indi tərkibindəki vitaminlərə görə yüksəkdədilər. Fevral ayından sonra isə həmin vitaminlər tədricən itiriləcək.
Qış süfrəsinin daha bir baza ünsürü dənli bitkilərdən bişirilən sıyıq və çörəkdir. Orqanizmə “tədrici karbohidratlar” lazımdır. Г‡ünki onlar enerjilərini tədricən, həm də bərabər miqdarda verə bilirlər. Məsələn, səhər yeməyində dənli bitki sıyığı sizin əsl “batareyanızdır.” O, 2-3 saat ərzində işləməyinizi təmin edəcək.
“Amma”–¦ Bəli, işin “amması” da var. Bu da ondan ibarətdir ki, qış süfrəsi hiss olunmadan çəkini artıra bilir. Narahat olmayın. Bunu sakit qəbul edin. İstilərin düşdüyü birinci ayda maddələr mübadiləsi sürətlənəndən sonra qışda “qazandığınız” artıq çəki öz-özünə itib, gedəcək.
Yeri gəlmişkən, qışda artıq çəkidən qaçmaq istəyirsinizsə, yaxşı olar ki, karbohidratları günün birinci yarısında qəbul edəsiniz. Şam yeməyinə isə yağsız ət və balıqla kifayətlənmək olar. Aşağı kalorili turş ağartı məhsullarını da yaddan çıxartmayın.
Г‡alışın ki, çox hərəkət edəsiniz. Nə qədər çox hərəkət etsəniz, maddələr mübadiləsi aktivləşəcək, bu da həyat enerjinizi artıracaq.
İkinci qayda: İkinci qaydaya əməl etmək üçün ilk növbədə özünüzün qış-qida rasionumuzun tərkibinə fikir verməlisiniz. Bu sizlərə lazım olan vitaminlərin düzgün seçimidir. “porolon” ekzotik meyvələrin, “parafinlənmiş” almaların yeyilməsindən əl çəkin. Г‡ünki tərkibində faydalı heç nə yoxdur. Diyetoloqlar məsləhət görürlər ki, qışda daha çox sitrus meyvələrindən istifadə olunmalıdır. Г‡ünki, onların tərkibindəki C vitamini soyuq vaxtlarda virus infeksiyasına qarşı dayanır. Təzə sıxılmış sitrus meyvə şirələrinin həvəskarları bir şeyi yaddan çıxartmamalıdırlar. Г‡alışmaq lazımdır ki, həmin şirə 1:1 nisbətində su ilə qarışdırılsın. Yoxsa uzun müddət belə şirələrin qəbulu mədənin selikli qişasını “yandıra” bilər.
Və daha bir məsləhət: Sıxılmış şirəni dərhal içmək lazımdır. Г‡ünki, onun tərkibindəki C vitamini sürətlə parçalanır və əgər şirə stəkanda bir neçə dəqiqə açıq havada qalırsa, onun cana faydası yoxdur.
Üçüncü qayda: Qış süfrəsinin üçüncü qaydası savadlı qidalanma rejimidir. İndi geniş yayılmış belə fikir var ki, soyuq havalarda maye qəbulunun miqdarını azaltmaq gərəkdir. Bunda müəyyən qədər həqiqət var. Həkim diyetoloqların fikrincə, yayda insana qışdakından çox maye tələb olunur. Lakin bu o demək deyil ki, qışda az maye qəbul etmək lazımdır. Gün ərzində ümumiyyətlə 1,5 litrdən az olmayaraq maye qəbul olunmalıdır ki, bunun da 1 litri içməli suyun payına düşür. Qalan hissə isə isti çay, mors və kompotlarındır.
Dördüncü qayda: Qış “qida proqramının” dördüncü qaydası temperatur rejimidir. Həkimlər deyir: – “Qışda quru və soyuq yeməklərlə qidalanmaq, soyuq su içmək olmaz. Onlar ilıq və isti olmalıdır. Əgər “soyuq qəlyanaltı ilə ötüşə bilirsinizsə, onda müxtəlif baton müslilər alın və evdən termosda isti çay götürün. Bu adamın əlindən vaxtında tutur. Xüsusən də termosda quru meyvələrin – itburnu, yemişan və qara quşarmudunun dəmləməsi faydalıdır. Yeməkləri hazırlayarkən “istilik gətirən” ədəvalardan: bibərdən, cirə, hil, zəncəfil, koreandrdan istifadə etmək lazımdır.
Beşinci qayda: Qış süfrəsinin beşinci və sonuncu qaydası qida müxtəlifliyidir. Əslində qidalanmağın əsas prinsipi müxtəliflikdir. Müxtəlif qidaların qəbulu qışda da öz aktuallığını itirmir. Hər səhər yeməyinə sıyığı dəyişdirin. Müxtəlif təzə çəkilmiş şirələr için. Г‡eşidli çörək növləri alın. Bu halda orqanizm olardan lazım olan faydalı maddələri maksimum alacaq, soyuğa, depressiyaya və viruslu xəstəliklərə qarşı möhkəm dayanacaq.
Xanlar Qənbərov,
GEM-in direktoru

Şərh Yaz