Veloyürüş keçirilib

İsmayıllının velosiped idmanı həvəskarları 20 Yanvar – Ümumxalq hüzn gününə həsr olunmuş veloyürüş keçiriblər.
Veloyürüş İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və “Г‡empion” velosiped mağazasının təşkilatçılığı ilə baş tutub.
Veloyürüş keçirilib Velosipedçilər 15 yanvar 2017-ci ildə saat 11:00-da İsmayıllının mərkəzindən start götürərək rayonun bir neçə izdihamlı küçəsini keçməklə Şəhidlər xiyabanına və oradan rayon mərkəzinə qədər olan məsafəni qət edərək yürüşü başa çatdırıblar.
Yürüş başa çatdıqdan sonra bütün iştirakçılara İsmayıllı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.
“İsmayıllı xəbərləri”

Şərh Yaz