Dağ çiçəkləri

Necə gedərəm

Müqəddəs Vətəni tapdaqda qoyub,
Bilmirəm, dünyadan necə gedərəm.
Üzüm yoxdur gündüz yola çıxmağa,
Qaçıb bu aləmdən gecə gedərəm.
Dağ çiçəkləriNakamam, Günəşdən alammadım kam;
Qara buludlarla bağlanıb səmam.
Sıxıb, sorub fələk şirəmi tamam,
Olub atılası cecə, gedərəm.

Fürsəti düşmənə ötürmüşəm mən,
Yaşasam da, ömrü bitirmişəm mən.
Ölməzlik haqqımı itirmişəm mən,
Toz kimi sovrulub heçə, gedərəm.
Oqtay İsmayıllı

Necə gedərəm

(Oqtay İsmayıllının eyni adlı şeirinə nəzirə)

Mənim də dərim var dünyalar qədər,
Mən onları qoyub necə gedərəm?
Sona yetsə yurd həsrəti, qəm, kədər,
Nəzir-niyaz verib, Həccə gedərəm.

Mən də sənin kimi sovruldum yeldə,
Yandı neçə sözüm ağızda, dildə.
Dözərəm bir təhər beş altı il də,
Mən qoca dünyadan qoca gedərəm.

Əyildim dünyatək düzümdən sonra,
Neçə bəla gördüm sözümdən sonra.
Qalım, ya qalmıyım özümdən sonra,
Almayıb heç nəyi vecə, gedərəm.

İlkində, sonunda gözümüzdə yaş,
Bu dünya ölümlə qurtarır, qardaş.
Atam başım üstdə gəlib dura kaş,
Anam kaş qəbirdə quca gedərəm.

Oxşadım içimdə dərdi, qəmi də,
Ağrılı, ağrısız ötən dəmi də.
Dən tuta bilmədim mən də zəmidə,
Döyülsəm, püfəyə, puça gedərəm.

İlk sevginin bitməz dərdi, bəlası,
İçimdədir iniltisi, naləsi.
Bilsəm gəlir o zalımın balası,
Qabağına qaça-qaça gedərəm.

Fələk qoşub bizi hər möhnətinə,
Qardaş, səbirli ol, döz minnətinə.
Fikir işığına, söz cənnətinə,
Misra- misra , heca-heca gedərəm.

Elə dərdimiz var gələmmir dilə,
Düzələn deyildir heç ölmək ilə.
Belə yaranıbdı, bu dünya, belə,
Qoşulub karvana, köçə gedərəm.
Nazir Ziya Talıstanlı

Г‡ıxsam bu qışdan

Saxlayıb özümü çıxsam bu qışdan,
Oturub doyunca ağlayacağam.
Hər səhər yerimdən durub o başdan
Şehli çiçəkləri qoxlayacağam.

Sevirəm dünyanın hər işığını,
Zəif işığını, gur işığını.
Qoparıb göylərdən göyqurşağını
Kəmər tək belimə bağlayacağam.

Mən erkən don vurmuş bir tağam, lələ,
Yarpaq yaşadıram üstümdə hələ.
Bir ovuc torpaq da götürüb ələ,
Özümdən yadigar saxlayacağam.

Oyun oyun deyil, zər də zər deyil,
İki iki deyil, bir də bir deyil.
Kürrə kürrə deyil, Yer də Yer deyil,
Gedib ulduzları yoxlayacağam.
Cəbrayıl Hüseyn

Ürəyim ağrıyar

Həsrət var bağrım başında,
Sıxma ürəyim ağrıyar.
Taleyimə gəlmisənsə,
Г‡ıxma, ürəyim ağrıyar.

Nisgilim var, vurub üzə,
Yaşayıram dözə-dözə.
Zalım, məni oda-közə,
Yaxma, ürəyim ağrıyar.

Mən ruhunu sevdim deyə,
Tay elədim xana, bəyə.
Amandı yada, özgəyə,
Baxma, ürəyim ağrıyar.

Qışa çevirmə yayımı,
İtirmə sevgi payımı.
Gəl mənim qəlb sarayımı,
Yıxma, ürəyim ağrıyar.
Xatın

Payız lövhəsi

Şütüyür, kükrəyir
payız rüzgarı.
Sürüyüb gətirir
çovğunu, qarı.
Qorxudan yarpaqlar
saralıb, solur.
Xəndəklər, çokəklər
xəzəllə dolur.
Düşürlər torpağa
dirilmək üçün.
Vida nəğməsidir xışıltıları,
Baharda yenidən
göyərmək üçün.
Biz də saralırıq
ömür bağında,
Ömrümüzün cavan,
qoca çağında
gedirik torpağa
çürümək üçün.
Mən torpaq oğluyam,
torpaq canımdır.
Vətəndir, anamdır,
torpaq qanımdır.
Canıma qovuşmağa,
qanıma qovuşmağa,
Anama qovuşmağa,
gedəcəyəm torpağa
bu solan, saralan
yarpaqlar kimi.
Xalıq Yusifoğlu

Nədən nigaranam

Yenə də ürəyim yerində deyil.
Nədən nigarandır görən bu dəfə.
Bəlkə sən uşüyüb, xəstələnmisən?!
İncidir qəlbini bəlkə də nəsə?..

Gah evə, gah çölə girib-çıxıram,
Durub pəncərədə Aya baxıram.
Hava da gözəldir… mən darıxıram,
Diksinib dönürəm hər gələn səsə.

Ayın neçəsidir? Neçənci gündür?
Sənlə danışdığım deyəsən, dündür.
Ay ürək, çırpınma! Son nəfəsindir?!
Havam çatısmayir, bu gün nədənsə..

Qanımla köksümə həsrətin axır.
Deyəsən qəlbimi ayrılıq sıxır.
Bir cüt qara gözdən, bir cüt yaş çıxır,
Söyləyə bilmirəm dərdi heç kəsə…
Turac Hilal

Söyüd

Arxın qırağında boynunu əyib,
Dərdini sulara pıçıldayırsan.
De, kimin, ey söyüd, xətrinə dəyib,
Özünü günahkar, aciz sayırsan?

Bəlkə sonsuzluğun dərd olub sənə,
Bundanmı utanıb durmusan, söyüd.
–“ Mənə biganədir hamı dünyada, –
Deyərək boynunu burmusan, söyüd.

Mən sənə dost kimi nəzər salsam da,
Bil ki, acizliyə düşmənəm yaman.
Г‡ox vaxt ilhamımı səndən alsam da,
Aciz olmamışam bu cür heç zaman.

Qaldır vüqar ilə başını göyə,
Sevdir çinar kimi qamətini sən.
Dərdlənmə, ey söyüd, dərdliyəm deyə,
Dərd odur, hər dərdə boyun əyəsən.
Rövşən Ağayev

Mən şair deyiləm

Mən şair deyiləm şeir yazıram,
Yazıram ömrümün acı taleyin,
Xəyallar içində itib azıram,
Dözürəm zülmünə zalım fələyin.

Şair şeir yazır eşqdən, çiçəkdən,
Hər şeydən həzz alır ömür uzadır.
Gecələr həyatım keçir ələkdən,
Yazdıqca dərdimi dərdlər uzanır.

Mənə şair demə, dərdli dərvişəm,
Şeir yox bayatı, ağı yazıram
Sözümü qələmə güvənc vermişəm,
Sinəmə çəkilən dağı yazıram.
Rafiq Məmmədov

Qalmaq istədim

Özgə gözlərində nə var, bilmirəm,
Mən sənin gözündə qalmaq istədim.
Dünyanın özünə sığıb qalmıram,
Bölünməz sözündə qalmaq istədim.

Xatirə, xəyaldan yoruldum daha,
Ömrümdə, günümdə dönmə sən aha.
Hər gün yalvarıram böyük Allaha,
Ömrümün yazında qalmaq istədim.

Qəm tutma yoluma, çıraq gərəkdir,
Г‡ətin günlərimə yaraq gərəkdir.
Sənin yollarına soraq gərəkdir,
Yolumun düzündə qalmaq istədim.

Gətir ürəyinə böyük qayğını,
Ən gözəl, ən təmiz, incə duyğunu.
Görüb ətrafında böyük sayğını,
Ürəyin özündə qalmaq istədim.
Mehriban İbrahimova

Ürəyim

Baxmayır sözümə hərdən nədənsə,
İncidib ruhumu əsir ürəyim.
Titrəyir sinəmdə birdən nədənsə,
Sanki bu dünyadan küsür ürəyim.

Gah sakit dayanır sönmüş ocaqtək,
Gah tufan eyləyir, gah çovğun, külək.
Bilməm qəsdi nədir, iti bıçaqtək,
Üzür ümidimi, kəsir ürəyim.

Bir parça tikənin dağ oldu yükü,
Günahkar mənəmmış, məndədi kökü.
Əhdinə vəfasız çıxanlar təki,
Gülməyir üzümə, susur ürəyim.
Nailə Yırğançaylı

İsmayıllı

Adın düşərmi heç dilimdən mənim,
Doymaram sənintək elimdən mənim,
Sən tutdun çətində əlimdən mənim,
Balanam, anamsan, ay İsmayıllı!

Şairlər yetirən, ey ana torpaq,
Bircə gün mən səndən düşmədim uzaq.
Ucaldın ilbəil, atdın qol-budaq,
Ürəyim, canımsan, ay İsmayıllı!

Sanıram sehirdir, sirdir bu torpaq,
Həmişə çiçəkdir, güldür bu torpaq.
Hamıya əzizdir, birdir bu torpaq,
Hər vaxtım, anımsan, ay İsmayıllı!

Sənsən Ayım, Günüm, sirli aləmim,
Səninlə olanda mənim nə qəmim.
Qürurla adını yazır qələmim,
Şöhrətim, şanımsan, ay İsmayıllı!

Sənsən bu dünyanın dilbər guşəsi,
Gəlir hər ocaqdan sevginin səsi.
Qoynunda bəsləyib, sevdin hər kəsi,
Damarda qanımsan, ay İsmayıllı!
Xuraman Baxış

Sevgilim gəlir

Payız səmasında yaz havasıyam,
Şeir, nəğmə, söhbət, saz havasıyam.
Tar, kaman havası, saz havasıyam,
Г‡ünki xəyalıma sevgilim gəlir.

Üzümə açılıb aydın bir səhər,
Yox olub qəlbimdən xiffət, qəm, qəhər.
Ümid bağlarımda yetişib bəhər,
Г‡ünki xəyalıma sevgilim gəlir.

Nə əhdim pozulur, nə də ilqarım,
Sevgi, məhəbbətdir, eşqdir vüqarım.
Vəfa, etibardır dövlətim, varım,
Г‡ünki xəyalıma sevgilim gəlir.

Dinirəm, bal dadır sözüm, söhbətim,
Şan-şöhrətim halal, boldur sərvətim,
Artıb mərhəmətim, artıb şəfqətim,
Г‡ünki xəyalıma sevgilim gəlir.
Gülxar Cəbiqızı

Г‡ətin və asan

İllər dəyişdikcə dəyişir insan,
Həyatda var olmaq çətin, həm asan.
Kiminin atdığı hər addım nöqsan,
Kimi halallıqla qazanır ad-san.

Həyatda gül kimi solan da olur,
Qəlbində arzusu qalan da olur.
Gözləri qəhərlə dolan da olur,
Kimi üzüb əlin fani dünyadan.

Kiminin kefi kök, damağı çağdır,
Dörd yanı gül çiçək, bağçadı, bağdır.
İmkanı genişdir, üzü də ağdır,
Dost-tanış əl çəkmir onun yanından.

Kiminin gözündən yaşlar süzülür,
Əzaba dözməyir, canı üzülür.
Ürəyi açılmır, çarəsiz gülür,
Naxələf törəyib onun qanından.

Hər kəs bu dünyada qoymalı bir iz,
Kimi xoşbəxt olur, kimsə talesiz.
Kimin yolu asan, kiminin qəliz,
Kiminin tutan yox əlindən bir an.
Xuraman Baxış

Göndər mənə

Dərdli vaxtlarımda gərəyim olur,
Г‡içək hədiyyə et, gül göndər mənə.
Barmaq ucu boyda, bir az da olsa,
İsitməyə nəsə, qoymağa dəmə
Yandığım ocaqdan kül göndər mənə.

Yaxın gedəmmərəm, yanaşammaram,
Öldürən öldürər, yaşayammaram.
Г‡əkib dağ boydanı daşıyammaram,
Canımcan olmağa, tutmağa sinə
Xırdala dərd-qəmi, böl, göndər mənə.

Sifətim saralıb, üz niyə solsun?
Vaxtlı-vaxtsız ürək, göz niyə dolsun?
Qoy nə yazıbdırsa Haqq yazan olsun,
Götür mürəkkəbi, əl at qələmə,
Poz bəndə yazanı, sil, göndər mənə.
Tamam Nur Tağlabiyanlı

Nə sənin dünyanda…

Nə sənin dünyanda mənə yer oldu,
Nə də bu dünyada tapdım yerimi.
Bizə gəlib çatan ümidlər oldu,
Getdinsə, gəl apar ümidlərini.

Sən qışda alışan Günəşə taysan,
İsitmir şəfəqin çölü-çəməni.
İndi mənim üçün uçmuş saraysan,
Mən çoxdan silmişəm qəlbimdən səni…
Elnarə Günəş

Şərh Yaz