İlin ən fəal bələdiyyələri müəyyən olundu

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai birliyi cari ilin dekabr ayında keçirdiyi rəy sorğusunun yekunlarını ictimaiyyətə açıqlayıb. İctimai birliyin məlumatına görə, 750 nəfərin iştirak etdiyi rəy sorğusu yazılı və elektron formada keçirilib. Nəticəyə sosial şəbəkə vasitəsiylə alınan cavablar da əlavə edilib. Yekun nəticəyə həmçinin hər bir bələdiyyə haqqında Belediyye.info resursunda 2016-cı ildə verilən məlumatların sayı və məzmunu da təsir edib.İlin ən fəal bələdiyyələri müəyyən olundu Məlumatda bildirilir ki, sorğunun keçirilməsində əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təbliğinin hansı səviyyədə olmasını müəyyən etmək, ən fəal bələdiyyələrin siyahısını tərtib etmək, bələdiyyə-vətəndaş, bələdiyyə-media münasibətlərinə diqqət yetirən bələdiyyələrin fəaliyyətinə qiymət vermək məqsədi daşıyır.
Rəyi soruşulanların cavabları ilin ən fəal bələdiyyələrini müəyyən edib.
Ən fəal şəhər bələdiyyələrinin hər biri, xüsusəndə Nəsimi, Nizami (Gəncə) və Mingəçevir bələdiyyəsi daim yeniliyin tətbiqinə çalışmış, ən müasir informasiya texnologiyalarının tətbiqinə fəaliyyətlərində önəm vermiş, sakinlərlə birbaşa əlaqəyə, onların qarşılaşdığı problemlərin həllinə diqqət göstərmişlər.
Ən fəal qəsəbə və kənd bələdiyyələri sırasında Lahıc bələdiyyəsi də yer alıb.
Xatırladaq ki, 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərində ölkəmizdə 1609 bələdiyyə formalaşdırlıb.
Belediyye.info

Şərh Yaz